Mobil versiya
Dəmir yumruq ” qalxsa , bu dəfə ermənilərin başını birdəfəlik əzəcək
Tarix: 20-12-2022 | Saat: 21:13
Bölmə:Özəl | çapa göndər

Dəmir yumruq ” qalxsa , bu dəfə ermənilərin başını birdəfəlik əzəcək

Artıq 10 günə yaxındır ki, Azərbaycan eko fəalları Laçın dəhlizində dinc etiraz aksiyası keçirdirlər. Onların tələbləri çox sadə və haqlıdır. 30 ilə yaxın bir müddət ərzində işğalda olan torpaqlarımızda mülklərimizi viran qoyan , sərvətlərimizi talayan erməni şərəfsizləri hələ də doymayıblar. İndi də üzdəniraq qonşularımız bu azmış kimi, öz havadarlarının dəstəyi ilə Xankəndi və onun əhatəsində yerləşən Xocalı, Əsgəran, Ağdərə yaşayış məntəqələrində yeraltı sərvətlərimizin talanması ilə məşğuldurlar.

10 noyabr üçtərəfli bəyanatın tələblərinə əməl etməyən, tüpürdüklərini həmişəki kimi yalayan ermənilər, yenə də öz iyrənc oyunlarını oynayırlar. Bu ləyaqətsizlər demək olar ki, Azərbaycan xalqını onları bütün torpaqlarımızdan rədd etməyə vadar edirlər. Yəqin ki , əvvəl axır bu bəd niyyətləri onların başında çatlayacaq. Belə yerdə deyiblər “ Yersiz gəldi, yerli qaç ”.

Ermənilər elə bilirlər ki, onlara humanitar yüklər və ərzaq üçün yaradılmış Laçın dəhlizi və ya ona alternativ yoldan kefləri istəyən kimi istifadə edəcək, qanunsuz yüklər, silah-sursat daşımaqda davam edəcəklər və Azərbaycan bunun qarşısını uzun müddət ala bilməyəcək. Buna onları həm də sülhməramlıların mandatdankənar davranışları, qanunsuz əməllərə göz yummaları sövq edirdi. Ancaq Azərbaycan qarşısına qoyduğu hədəflərə çatmaq üçün bütün zəruri addımları atmaqda qətiyyətlidir. Proseslər göstərir ki, üçtərəfli bəyanatın tələblərinə əməl olunması üçün daha sərt davranışlara başlanılıb. Ermənilərə və sülhməramlılara düz 2 il vaxt verildi, müəyyən qədər yumşaq mövqe tutuldu, dünyanın çeşidli platformaları üçün humanistlik nümayiş etdirildi. Bir sözlə, diplomatik xəttə və danışıqlara dəstək ola biləcək davranışlar sərgiləndi. Ancaq ermənilər bunları anlamadılar və əllərindən gələn hər cür pisliyi edirlər ki, "dəmir yumruq"’ növbəti dəfə işə düşsün.

Dinc aksiyaçılarımızın məqsədi Laçın dəhlizi və ona alternativ çəkilən yoldan qanundankənar istifadənin qarşısının alınmasıdır. Azərbaycan bu məsələni qəti şəkildə qoyub. Habelə, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz istismarın da qarşısının alınması üçün monitorinqlərə başlanılır. Gec-tez bu məsələlər həll olunmalıdır: yəni qanunsuz erməni silahlı dəstələri Qarabağdan tam şəkildə rədd edilməlidir, Laçın dəhlizi və ona alternativ yoldan təyinatı üzrə istifadə üçün mexanizmlər müəyyən olunmalıdır. Paralel olaraq Xankəndi və digər ərazilərdə ermənilər yalnız Azərbaycan vətəndaşı olaraq yaşamalarından başqa variant olmadığını dərk edərək, bu prosesə könüllü başlamalı, əks təqdirdə, separatçılar Qarabağı tərk etməlidirlər. Bu məsələlərdə təbii ki, vasitəçi tərəf kimi Rusiyanın və onun sülhməramlı kontingentinin üzərinə də böyük məsuliyyət düşür.

Xankəndi-Laçın yolunda son 10 günə yaxın zamanda baş verənlər göstərir ki, artıq Laçın yolu ilə bağlı müəyyən razılaşma var və sülhməramlılar da dərk edir ki, Azərbaycanın haqlı tələblərinə əməl etməkdən başqa variant yoxdur.  

Həmişə əzmkarlığı , cəsarəti, əyilməzliyi ilə tarixlər yazan bu xalqı heç nə sındıra bilməz. Ermənilər və onların havadarları qulaqlarını açıb bir daha eşitsinlər ki, bu xalq yumruq kimi birləşərək öz haqq işi uğrunda mübarizə aparacaq və ədalətin bərqərar olmasına nail olacaq. Necə ki, 2020-ci ilin 27 sentyabrında  öz nadincliklərinə görə cəzalandılar, deyəsən bu onlara dərs olmayıb. Mənfur qonşularımıza yenə də başqa torpaqlar verməyəcəyik , onlara ən yaxşı hədiyyəmiz “ Dəmir yumruq ” olacaq ki, başlarının qalan hissəsini də indi əzəcək .

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini 
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024