Dövlət sərhədlərin toxunulmazlığı
Tarix: 20-12-2022 | Saat: 10:20
Bölmə:Gündəm | çapa göndər
Dövlət Sərhəd Xidməti sərhədlərin mühafizəsi istiqamətində qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirir.Hər bir dövlətin milli sərhədləri onun atributlarından birini təşkil edir. Milli atribut kimi qəbul edilən sərhədlərin toxunulmazlığı dövlətlərin, xalqların suverenliyini əks etdirir və nəticə etibarilə, bu toxunulmazlığı təmin etmək üçün milli resurslar səfərbər olunur. Azərbaycanda da Dövlət Sərhəd Xidmətinin işinin yüksək səviyyədə təşkili, Sərhəd Qoşunlarının maddi-texniki təchizatının gücləndirilməsi əsas prioritetlərdən biri kimi çıxış etməklə bu amala xidmət edir. Əlbəttə, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparılması, Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi kimi vacib vəzifələrin öhdəsindən layiqincə gələn Sərhəd Qoşunları respublikamızın qazandığı uğurlarda özünəməxsus rol oynayır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin sərhədlərinin qorunması və bu sahənin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində müstəsna işlər görülüb
Müasir müstəqil Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi, milli suverenliyin qorunması istiqamətində isə, ilk növbədə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər müstəsna əhəmiyyət kəsb edib. Ulu öndər Heydər Əliyev dövlətin DSX-yə diqqət və qayğısının nəticəsi olaraq ölkəmizin sərhədlərini qoruyan Sərhəd Qoşunlarının yaranması gününün 1919-cu il 18 avqustdan hesab edilməsi barədə tarixi Fərman verib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2002-ci il iyul ayının 31-də Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb və Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsini nümayiş etdirib. Beləliklə, Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyulub və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanılıb.
Prezident İlham Əliyev dövlət sərhədlərinin etibarlı mühafizəsinə xüsusi diqqət yetirir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu sahəyə xüsusi diqqət yetirir. Dövlətimizin başçısının rəhbərliyi ilə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Bunlarla yanaşı, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilib. Çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınıb.
Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayır. Akademiyanın yaradılması ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən yüksək qayğının növbəti təzahürüdür. Sözsüz ki, akademiya Dövlət Sərhəd Xidmətinin ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasında mühüm rol oynamaqla sərhədlərimizin daha mükəmməl şəkildə qorunmasına çox böyük təsir göstərir. Dövlət Sərhəd Xidmətinin əsgər və zabit heyəti daim özlərinin malik olduqları yüksək peşəkarlığı həm təlimlərdə, həm xüsusi əməliyyatlarda sübut ediblər.
Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur.
Sərhəd Qoşunları üzərinə düşən vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gəlir.
Sovet İttifaqı dağıldıqdan sonra beynəlxalq hüquqda təşəkkül tapmış “uti possidetis juris” prinsipinə əsasən, keçmiş müttəfiq respublikaların inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir. Bu yanaşma heç bir halda mübahisələndirilə və ya inkar edilə bilməz. Bunun təsdiq olunması üçün istər beynəlxalq məhkəmə orqanlarının presedent təcrübəsinə, istərsə də çoxsaylı beynəlxalq sənədlərə müraciət etmək kifayətdir.
Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı qismində təsis edilmiş Beynəlxalq Məhkəmənin 1986-ci ildə baxdığı Burkina-Faso Mali Respublikasına qarşı işində (Case concerning the Frontier Dispute (Burkina-Faso v. Republic of Mali) göstərilmişdir ki, “uti possidetis juris” prinsipinin tədbiqi sərhədlərin toxunulmazlığına hörmət olunmasını təmin edir. Məhkəmə qeyd etmişdir ki, bu prinsipə ilk dəfə olaraq Latın Amerikasında müraciət edilməsinə baxmayaraq, o beynəlxalq hüququn hansısa bir konkret sisteminə aid olan norma deyil. “uti possidetis juris” ümumi tətbiqi sahəsinə malik olan və istənilən yerdə müstəqilliyin əldə edilməsi fenomeni ilə məntiqi şəkildə bağlı olan prinsipdir. Onun təyinatı - yeni yaranan dövlətlərin müstəqilliyini və sabitliyini təhdid edən sərhədlərinin mübahisələndirilməsinin qarşısının alınmasından ibarətdir.
Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədlərinin bərpası məsələsi beynəlxalq hüquqla da birmənalı olaraq müdafiə olunur.
8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən və 11 dövlət tərəfindən imzalanmış Alma-Ata bəyannaməsinin ayrılmaz tərkib hissəsi olan Preambulası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinin” 3-cü maddəsinin 3-cü və 4-cü bəndləri ərazi bütövlüyü və birlik çərcivəsində mövcud olan sərhədlərin toxunulmazlığının tanınması və onlara hörmət edilməsini təsbit etmişdir.
1991-ci il 16 dekabr tarixində Brüssel şəhərində Avropa Birliyi tərəfindən qəbul edilmiş “Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınması üzrə Prinsiplər” bəyannaməsində göstərilmişdir ki, Avropa İttifaqı bə üzv-dövlətlər tərəfindən qeyd edilən yeni dövlətlərin tanınması üzrə ümumi mövqe bütün sərhədlərin töxunulmazlığını rəhbər tutur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu sənəddə birliyin üzv-dövlətlərinin ümumi mövqeyi təsdiq edilərək, təşkilat tərəfindən 1975-ci il tarixli Helsinki Yekun Aktına və 1990-cı ildə qəbul edilmiş Yeni Avropa üçün Paris Xartiyasına sadiqlik təsdiq olunmuşdur.
Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası bütövlükdə regionda beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün əsas şərtlərdən biridir və heç kəs şübhə etməməlidir ki, ölkəmiz öz sərhədlərində möhkəmlənəcək.
Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbəsi, YAP üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025