Layiqli həyat şəraiti.
Tarix: 20-12-2022 | Saat: 10:14
Bölmə:Özəl | çapa göndər
Ölkəmizdə icra edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrin mərhələli, eyni zamanda hərtərəfli davamlı inkişafını təmin etmişdir. İcra edilən dövlət proqramları nəticəsində regionların yol, elektirk, qaz, su infrastrukturu tamamilə yenidən qurulmuş, müasir dövrün tələblərinə cavab verən təhsil və səhiyyə müəssisələri tikilərək istifadəyə verilmişdir. Bir sözlə, əhalinin layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində böyük işlər görülmüşdür. İnfrastruktur layihələri davamlı olaraq icra edilir və ölkəmizin hər bir bölgəsini əhatə edir. Regionlarda həyata keçirilən layihələrdə sahibkarlar da fəal iştirak edir, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün ölkəmizdə sahibkarların fəaliyyət göstərməsi üçün münbit şərait və geniş imkanlar yaradılmışdır. Ölkə başçısı cənab İlham Əliyev hər zaman öz çıxışlarında da qeyd edir ki, davamlı inkişaf və iqtisadiyyatımızın güclənməsi üçün sahibkarlara lazımi şərait yaradılmalı, dövlət tərəfindən müvafiq dəstək verilməlidir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi yeni layihələrin icrası, eyni zamanda əlavə iş yerlərinin yaradılması ilə nəticələnir. Görülən işlərdə isə şəffaflığın təmin olunması dövlətimizin əsas məqsədlərindəndir. Bununla bağlı Prezident cənab İlham Əliyev hər zaman dövlət qrumları və məmurlara xüsusi tapşırıqlar verir. Sosial ədalət, ümumilikdə ədalət prinsiplərinin təmin olunması Azərbaycan dövlətinin əsas məqsədlərindəndir. Bəzən bu prinsipləri, ən əsası da qanunları pozaraq səlahiyyətlərini aşan bəzi məmurların isə məsuliyyətə cəlb edilməsi bir daha təsdiq edir ki, Azərbaycanda keç kim qanundan üstün ola bilməz.Yüksək vəzifələrə yeni təyinat alan məmurlara da bu haqda ciddi xəbərdarlıqlar edilir, onlara öz fəaliyyətlərini qanunlar çərçivəsində qurmaq tapşırığı verilir. Aparılan kadr islahatlarının da məqsədi məhz şəffaflığı təmin etmək, bununla da daha sürətli inkişafa nail olmaqdır. Ölkəmiz Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra həyatın hər bir sahəsində yeni mərhələyə qədəm qoyub. Odur ki, cəmiyyətimiz üçün yeni tələb və çağırışlar yaranıb. Hər bir dövlət qrumu, eləcə də dövlət məmuru, həmçinin hər bir vətəndaş öz fəaliyyətini cəmiyyətimiz üçün aktual olan məsələlərə uyğun qurmalıdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlət qrumları və məmurlara verdiyi ən əsas tapşırıqlardan biri də məhz şəhid ailələri və müharibə əlillərinə hər zaman xüsusi diqqət-qayğının göstərilməsi ilə bağlıdır. Şəhid ailələrinə, müharibə əlillərinə göstərilən xüsusi diqqət və qayğıda ölkə başçısının fəaliyyəti bir nümunədir. Şəhid ailələri və müharibə əlillərinin məişət problemləri ölkə başçımızın xüsusi diqqəti sayəsində dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə mənzillər, fərdi evlər, minlərlə minik avtomobilləri verilir. Bu proses davamlı xarakter daşıyır. Həmçinin Prezident cənab İlham Əliyev tərəfindən rayon icra orqanlarının nümayəndələri qarşısında da bu kateqoriyadan olan insanlara biganə qalmamaq, əksinə, daim onların yaşayışı ilə maraqlanmaq kimi vəzifələr qoyulub.
Ümumiyyətlə, ölkəmizin və xalqımızın tərəqqisi naminə yorulmadan çalışan Prezident cənab İlham Əliyevin əsas amalı odur ki, cəmiyyətimizdə heç bir ədalətsizlik, heç bir narahatedici problem olmasın, ləyaqətlə yaşayan müzəffər xalqımız bundan sonra da əmin-amanlıq şəraitində yaşasın.
Musayeva Mənzər,
Bakı Dövlət Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər