Zəki Öztürkün Türkiyənin Gəncədəki Baş konsulu kimi diplomatik missiyası başa çatıb
Tarix: 19-12-2022 | Saat: 18:13
Bölmə:Parlament | çapa göndər
Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkün Gəncə şəhərində diplomatik fəaliyyət müddəti başa çatıb.
aia.az xəbər verir ki, bununla əlaqədar Gəncə şəhər İcra Hakimiyyətində Zəki Öztürklə görüş təşkil olunub. Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İcra başçısı N.Bayramov Zəki Öztürkün diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün göstərdiyi xidmətlərdən danışıb. Qeyd olunub ki, Zəki Öztürk Gəncənin ağır dönəmlərində, xüsusilə İkinci Qarabağ savaşı günlərində daim gəncəlilərin yanında olub, öhdəsinə düşən bütün vəzifəni layiqincə və şərəflə yerinə yetirib. Onun diplomatik fəaliyəti dövründə Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz” və ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” misraları təsdiqini tapıb. Konsulun diplomatik fəaliyyətini yüksək qiymətləndirən şəhər rəhbəri ona gələcək işlərində uğurlar arzulayıb.
Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayan Zəki Öztürk Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Çıxış edən digər natiqlər də Zəki Öztürkün Gəncə şəhərindəki diplomatik fəaliyyətindən bəhs edərək konsula gələcək işlərində uğurlar diləyiblər.
Daha sonra icra başçısı Niyazi Bayramov Zəki Öztürkü Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi xüsusi fəallığa və fədakarlığa görə “Təşəkkürnamə” ilə təltif edib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər