Mobil versiya
Zirvə Görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir
Tarix: 19-12-2022 | Saat: 15:29
Bölmə:Özəl | çapa göndər

Zirvə Görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir

Bu gün qlobal miqyasda cərəyan edən geosiyasi reallıqlar fonunda geniş bir coğrafiyada Türk dövlətlərinin kənar vasitəçilər olmadan bir araya gəlmələri xüsusilə diqqət çəkir. Türk dövlətlərinin regional və qlobal əhəmiyyət daşıyan layihələri birlikdə reallaşdırmaları, iqtisadi, siyasi fəaliyyətlərini uzlaşdırmaları, beynəlxalq tədbirlərdə oxşar maraqlardan çıxış etmələri sevindirici haldır. Bütün bu kimi reallıqlar fonunda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfli platformanın formalaşması da böyük Türk birliyinin daha da
möhkəmlənməsinə öz töhfələrini verəcək. Bu baxımdan, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Azərbaycan, Türkiyə və Türkmənistanı üçtərəfli formatda bir araya gətirən çoxsaylı amillər sadalamaq mümkündür. Burada xalqlarımızın eyni kökdən boy ataraq şaxələnmələrini, oxşar mədəniyyətləri və mənəvi dəyərləri bölüşmələrini xüsusi qeyd edə bilərik. Müqəddəs İslam dini ölkələrimizi birləşdirən ən güclü dəyərlərdən biridir. Hər üç dövlətin siyasi iradəsi, yaxınlaşmaq istəyi də məhz bu kimi tarixi-mənəvi bağlılığa istinad edir. Deyə bilərik ki, bu gün üç ölkəni ortaq tarixi köklər və ortaq maraqlar birləşdirir. Hazırda Azərbaycan, Türkiyə və Türkmənistan arasında siyasi dialoq yüksək dinamizmi ilə səciyyələnir. Hər üç ölkənin liderləri tez-tez qarşılıqlı səfərlər edirlər, müxtəlif beynəlxalq tədbirlərdə aparırlar. Üç ölkənin prezidentlərinin - İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun üçtərəfli görüşünün Türkmənbaşı şəhərində keçirilməsi də bütün bunların tərkib hissəsidir.
Üçtərəfli Zirvə görüşündən də gözləntilər kifayət qədər böyükdür. Nəqliyyat məsələləri üçtərəfli dialoqun əsas istiqamətlərindən birini təşkil edir. İndiki geosiyasi reallıqlar fonunda Azərbaycanın, Türkiyənin və Türkmənistanın coğrafi yerləşmələri tranzit daşımaları üçün çox əlverişlidir. Quru və su sərhədlərinə malik
olan hər üç ölkə öz səylərini birləşdirməklə və fəaliyyətlərini uzlaşdırmaqla Avropa ilə Asiya arasında nəhəng nəqliyyat habı formalaşdıra bilərlər. Bunun üçün Azərbaycandan keçən və optimal infrastrukturla Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunan Transxəzər marşrutu xüsusilə cəlbedicidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə daşımaları tez və ucuz həyata keçirtmək üçün yeni imkanlar yaranıb.
Perspektivdə isə Zəngəzur dəhlizinin açılması gözlənilir. Azərbaycan və Türkiyə bu dəhlizin yaradılmasını güclü şəkildə təşviq edirlər. Türkmənistan da Transxəzər marşrutu ilə bu dəhlizə çıxış əldə edəcək.

Varaşil Məmmədov
Laçın Rayon Ziyalısı,
Əməkdar müəllim



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024