Mobil versiya
Gəncədə “Təmiz şəhər” aylığı çərçivəsində növbəti aksiya baş tutub -Fotolar
Tarix: 17-12-2022 | Saat: 18:21
Bölmə:Özəl | çapa göndər

Gəncədə “Təmiz şəhər” aylığı çərçivəsində növbəti aksiya baş tutub

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Gəncə şəhərində “Təmiz şəhər” aylığı elan edilib.

aia.az xəbər verir ki, dekabr ayının ilk günlərindən start götürən aksiya çərçivəsində iməcliklər təşkil olunuraraq, şəhərin demək olar ki, bütün ünvanlarında – park və xiyabanlarda, küçə və prospektlərdə, yaşayış massivlərində təmizlik və abadlıq işləri görülür.

Növbəti irimiqyaslı təmizlik aksiyası bu gün baş tutub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aksiyanın keçirildiyi ərazilərdə olub, işlərin gedişatı ilə yerindəcə maraqlanıb.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikalarının cəlb olunduğu aksiyada prospekt və küçələrin, səki daşlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, binaların fasadlarının, park və istirahət məkanlarında oturacaqların yuyulması həyata keçirilib, ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub.
Aksiya zamanı ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə təmizlik işləri aparılan ərazilərdə müxtəlif çeşidli tullantılar üçün nəzərdə tutulan konteynerlər qoyulub. Təmizlik işləri çərçivəsində toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb. Gəncəçay çayının məcrası da növbəti dəfə məişət tullantılarından təmizlənib.
“Təmiz şəhər” aylığı çərçivəsində mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, yaşıllıq zolaqları və parklarda ot örtüyü səliqəyə salınıb.
Qeyd edək ki, sadə gəncəlilər də bu proseslərdən kənar qalmayaraq şəhər Mənzil Kommunal Təsərrüfatı İB-nin kollektivindən öz dəstəklərini əsirgəməyiblər.
Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə bu cür aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024