Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib
Tarix: 16-12-2022 | Saat: 21:16
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası beşinci gündür ki davam edir
Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilmişdir.
Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Bütün bu baş verənlərin günahgarı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirməyən Ermənistandır. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.
Şuşa-Xankəndi yolundakı aksiya qanuni şəkildə, konstitusiya çərçivəsində keçirilir. Bu məsələ Azərbaycanın daxili işidir. Ona görə də Ermənistanın havadarlarının aksiya ilə bağlı yersiz hay-küy qaldırması qəbul edilməzdir. Ermənistan Şuşa-Laçın yolu qanunsuz silah daşınması üçün istifadə edilir və buna son qoyulmalıdır.
Təssüflər olsun ki, Ermənistanın qanunsuz hərəkətlərindən Azərbaycan xalqı hələ də əziyyət şəkir, insanlarımız mina partlayışları nəticəsində həlak olur. Ermənistanın Şuşa-Laçın yolu ilə minalar daşıyaraq ərazilərimizə basdırılmasına son qoyulmalıdır. Nəhayət Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməlidir.
Fatimə Talıbzadə,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024