Azərbaycan məsuliyyətli ölkədir
Tarix: 16-12-2022 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu. Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi.
Uzun illər ərzində müxtəlif addımlarla Ermənistan bizi təxribatlara çəkib və bizdən sərt reaksiya gözləyib ki, daha sonra günahı bizim üstümüzə yıxsın. Azərbaycan təxribatlara uymadı. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü.
Sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Qazax rayonunun Bağanis Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistan işğalından azad olundu. 10 noyabr 2020–ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yolla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu.
Azərbaycan haqlı mübarizədən qalib çıxmağı bacardı. Münaqişə öz hərbi-siyasi həllini tapdı.
Hər hansı bir kənar qüvvə məsələyə müdaxilə edə bilmədi. Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi.Ərazi bütövlüyümüz uğrunda gedən Vətən müharibəsi hamımızın yaddaşına dünya miqyasında tanınmağın ,öz müstəqil milli dövlətinə malik millətə çevrilməyin gətirdiyi qürur və sevinc dolu bir zaman kəsimi kimi daxil olmuşdur.Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Azərbaycanın müstəqilliyi əbədidir,daimidir və dönməzdir!”
Allahverdiyeva Əfsanə
Nəsimi rayon sakini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024