Mobil versiya
Laçın yolunda yeni tələblər səsləndi
Tarix: 15-12-2022 | Saat: 15:09
Bölmə:Seçki 2024 | çapa göndər

Laçın yolunda yeni tələblər səsləndi

Azərbaycanlı fəallarının, QHT və media mənsublarının rus sülhməramlıların postu önündə keçirdiyi aksiya davam edir. Dörd gündür davam edən aksiya hava şəratinin ağır olmasına baxmayaraq etirazçılar geri çəkilmir. Ekoloji məsələlərlə yanaşı, mina terroruna son qoymaq, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınması da əsas şüar olaraq qalır. Post-müharibə dövründə aşkar olunan minaların istehsal tarixlərinin 2021-2022-ci illərə aid olması göstərir ki, bu yoldan məhz minalar və digər hərbi sursatlar, yüklər danışıb. Aksiya həm də Ermənistanın mina terrorunu dayandırılmasına xidmət edəcək.

Aksiya iştirakçıları bildirilər ki, Ermənistanın müharibə cinayətləri üçün istifadə etdiyi infrastrukturun, o cümlədən Laçın yolunun fəaliyyətinə imkan verməyəcək və məsələ müsbət həllini tapana kimi yoldan çəkilməyəcəklər.

Səslənən tələblər isə budur - Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən DİN, DSX-nin, DGK-nin nəzarəti bərpa edilsin, onların ayrıca nəzarət-buraxılış məntəqələri yaradılsın. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənitanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca postları olmalıdır.

Sirr deyil ki, qondarma keçmiş qurumun tör-töküntülərinə rəhbərlik edən Araik Arutunyan və Ruben Vardanyan Qarabağda yeni diktatura yaratmaq və yerli əhalini öz əsarətləri altında saxlamaq planını gerçəkləşdirmək istəyirlər. Azərbaycan ictimaiyyəti da Arutunyan-Vardanyan cütlüyünün diktatura planlarına imkan verməyəcək.

Bəli, Qarabağda yaşayan dinc əhali Azərbaycan vətəndaşlarıdır. Və Azərbaycan dövləti də dəfələrlə onların ehtiyaclarını ödəməyə, kommunikasiyasını təmin etməyə hazır olduğunu bəyan edib. Baş verən qanunsuzluğa qarşı yönələn aksiya gedişində dinc erməni əhalisinin keçidinə şərait yaradılır.

Kamran Seyidov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024