Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir
Tarix: 15-12-2022 | Saat: 13:43
Bölmə:Özəl | çapa göndər
Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Təqdirəlayiq haldır ki, nəqliyyatın bütün sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycanın zəngin yol infrastrukturu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.
Çoxsaylı avtomobil yollarının çəkilişi həyata keçirilib. Əvvəlki illərdə beynəlxalq və ölkə əhəmiyyətli yollar tikilirdisə, son dövrlər kəndarası avtomobil yollarının çəkilişi də sürətlə icra edilir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.
Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtda yeni yolların salınması, yol ötürücülərin, yeraltı və yerüstü piyada keçidlərinin, eləcə də mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində mühüm işlər görülür. Bu günədək görülən işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturu formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib.
Azərbaycanda beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da mühüm əhəmiyyət verilir. Bunun sayəsində dəmir yolu vasitəsilə yükdaşımaların həyata keçirilməsində də önəmli ölkəyə çevrilirik. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu sahədə region və dünya üçün əhəmiyyət daşıyan bir sıra layihələrin reallaşmasına nail olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın 100 iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun – Azərbaycanın növbəti beynəlxalq əhəmiyyətli layihəsinin icrası həyata keçirilib. BTQ iqtisadi layihədir, yəni əsas məqsəd Şərqdən, xüsusən Çindən Avropaya yük və sərnişinlərin daşınmasıdır.
İşğaldan azad edilmiş ərazilərimizdə yeni nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanı yeni nəqliyyat qovşağına çevirməklə yanaşı, etibarlı tranzit ölkəsi kimi böyük maliyyə gəliri əldə etməyə imkan verəcək.
İşğaldan azad edilmiş ərazilərimizdə yeni beynəlxalq hava limanlarının inşası, dəmir yol xəttlərinin və quru yolların çəkilməsi ölkəmizi yeni nəqliyyat qovşağına çevirir və tranzit imkanlarını artırır.
Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu mühüm strateji əhəmiyyətə malikdir.
Bu dəmir yol xətti Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin mühüm tərkib hissəsini təşkil edir. Azəraycanla Naxçıvan arasında dəmir yol xəttinin çəkilməsi eyni zamanda Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Qarsdan sonra ikinci dəmir yol xəttini təşkil edəcək ki, bu da iki ölkə arasında məhsulların və yüklərin daşınmasını asanlaşdıracaq, eyni zamanda Türkiyə ilə Orta Asiya ölkələri arasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
Azərbaycan vasitəsilə Türkiyədən Orta Asiya ölkələrinə yüklərin və məhsulların daşınması üçün yeni imkanlar açılacaq. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizdə çoxlu sayda istehsal sahələri yaradılacaq, çoxçeşidli məhsullar istehsal olunacaq, eyni zamanda kənd təsərrfüatı sahəsində, turizm sahəsində geniş potensial mövcuddur, yeni yaradılan yol-nəqliyyat infrastrukturu həm ölkəmizin ixrac imkanlarını artıracaq, həm də turistlərin ölkəmizə gəlməsini stimullaşdıracaq. Yeni nəqliyyat infrastrukturu eyni zamanda ölkə daxilində sərnişinlərin və yüklərin daşınmasını asanlaşdıracaq. O cümlədən yeni imkanların yaradılması ölkəmizdə biznes mühitini yaxşılaşdıracaq.
İşğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın iqtisadi-siyasi və strateji üstünlüklər əldə etməsinə imkan yaratmaqla yanaşı, ölkəmizə daha çox valyutanın daxil olmasına, gəlirlərimizin artmasına imkan verəcək. Belə ki, həm yeni nəqliyyat infrastrukturu vasitəsilə tranzit daşımalardan, həm yeni məhsulların istehsal və ixrac olunmasından, həm də turistlərin gəlməsindən əldə ediləcək gəlirlər ümumilikdə ölkə iqtisadiyyatının inkişafına, əhalinin rifahının yaxşılaşmasına xidmət edəcək.
Əfsanə Allahverdiyeva,
Bakı Slavyan Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024
30-10-2024