Mobil versiya
Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz
Tarix: 15-12-2022 | Saat: 13:38
Bölmə:Seçki 2024 | çapa göndər

Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz

Cari ilin 14 Dekabr tarixində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib. Dövlətinmiz başçısı, cənab prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu sahələrə qoyulan sərmayə müasir, yeni infrastrukturun yaradılmasına xidmət etmişdir.
Azərbaycan, Türkiyə və Türkmənistan ölkələrinin tarixi bağlar əsasında qurulmuş münasibəti, bir biri ilə dini, etnik, mədəni, əxlaqi və.s dəyərləri ilə sıx bağlı olması onlar arasında etibarlı əməkdaşlığın obyektiv əsaslarıdır.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olması və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etməsi nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Hazırda isə bildiyimiz kimi, Zəngəzur dəhlizinin açılması ilə bağlı fəal işlər görülür. Cənab Prezidentimiz öz çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizi ilə bağlı bütün işlər 2024-cü ildə qutaracaq və nəticədə yeni nəqliyyat yolu yaranacaq. Prezidentimiz həmdə keçən il təməli qoyulan
Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasından Türkiyədən və Türkmənistandan olan şirkətləri faydalanmağa dəvət etdi.
Son olaraq Azərbaycan-Türkiyə-Türkmənistan 3 tərəfli görüşlərin önəmini vurğulayan cənab Prezident İlham Əliyev : “Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.”- dedi.

Ayişə Çunayeva,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024