Mobil versiya
Böyük Qayıdış üçün bu qədər vəsait yönəldiləcək - Baş nazir
Tarix: 09-12-2022 | Saat: 14:57
Bölmə:Seçki 2024 | çapa göndər

Böyük Qayıdış üçün bu qədər vəsait yönəldiləcək - Baş nazir

"Hamımız böyük fəxr və qürur hiss edirik ki, 2 il bundan əvvəl işğal altındakı torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, qazanılan şanlı qələbədən sonra Prezidentimiz qlobal prosesləri, postpandemiya və postmüharibə dövrünün çağırışlarını nəzərə alaraq, milli prioritetləri təsdiq edib: "Milli prioritetlər cəmiyyətimizin inkişaf çağırışlarını nəzərə alır. Bir-biri ilə qarşılıqlı əlaqədə olan milli prioritetlər gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək. Milli prioritetlərin icrası iki dövrə bölünür. Birincisi, 2022-2026-cı illəri əhatə edir. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərə çatmasıdır. Beş milli prioritetin hər biri eyni dərəcədə vacibdir. Lakin dördüncü milli prioritet kimi müəyyən edilən azad edilmiş ərazilərə Böyük Qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır".

Daha sonra Baş nazir Əli Əsədov Böyük qayıdışın təmin edilməsinə 19,2 milyard manat yönəldiləcəyini deyib.
Ətraflı

"Fəxr edirik ki, iki il bundan əvvəl əzəli torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə işğdaldan azad edilib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra qlobal iqtisadi prosesləri nəzərə alaraq 2021-ci ildə imzaladığı sərəncamı ilə 2030-cu ilə qədərki sosial inkişafla bağlı milli prioritetləri təsdiq edib. Bu, qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı olmasını təmin edir", - Baş nazir əlavə edib.

O vurğulayıb ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış bizim üçün böyük rəmzi məna daşıyır:

"Artıq azad edilən ərazilərdə qayıdışın birinci dövlət proqramı təsdiq edilib. İlkin hesablamala görə inkişaf strategiyasının icrası məqsədilə 32,7 milyard manat vəsait tələb olunur ki, bunun da 19,2 milyard manatı işğaldan azad edilən ərazilərə Böyük qayıdışın təmin edilməsinə yönəldiləcək".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024