Mobil versiya
Moskva Senatın qərarına etiraz edir
Tarix: 08-12-2022 | Saat: 12:54
Bölmə:Özəl | çapa göndər

Moskva Senatın qərarına etiraz edir

ABŞ Senatının komitəsi tərəfindən Rusiyanın Ukraynada törətdiyi əməllərin "soyqrım" kimi qiymərləndirilməsi ilə bağlı qərarını qəbul etmədiyini bəyan edib. Bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi özünün Telegram kanalında məlumat yayıb.

Diplomatlar bildirirlər ki, amerikan tərəfi faktları şişirdir və şayələrlə dolu xəbərlərə istinad edir. Onlar qeyd edirlər ki, qətnamədə göstərilən həqiqətə uyğun deyil. "Konqrenssin yuxarı palatasının bizə qarşı irəli sürüyü, Rusiyanın Ukraynadakı əməllərinin "soyqrım" kimi dəyərləndirilməsi ittihamlarını qəbul etmirik. Bu cür quramalar, faktların kobud şəkildə təhrif edilməsidir" - deyə səfirlik bildirib.

Rusiya səfirliyi Konqressi antirusiya təşəbbüslərini tirajlamaqda günahlandırıb. "Yerli siyasi isteblişment "axırıncı ukraynalı qalanacan" münaqişənin uzadılmasını istəyir"- deyə verdikləri bəyənatlarında bildirilir.

Göründüyi kimi, əslində müharibə Ukrayna ərazisində olmasına vaxmayaraq, Ukrayna ilə Rusiya arasında deyil, ABŞ-la Rusiya arasında gedir. Çünki daha çox ABŞ və Rusiya bir-birilərini bu müharibənin başlamasında və sonsuzluğa qədər uzadılmasında günahkar hesab edirlər. Nəticədə dağıdılan şəhərlər və kəndlər, dağıdılan infrastrukturlar, qırılan dinc əhali Ukraynanındır. lakin iki hegemon dövlətin maraqlarının, bütöv bir xalqın, dövlətin "soyqrıma" məruz qalmasından daha üstün olduğunu göstərir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024