Təranə Rəcəbli: “Azərbaycan Ulu Öndərin qurduğu möhkəm iqtisadi əsaslar üzərində sürətlə inkişaf edir”
Tarix: 07-12-2022 | Saat: 12:00
Bölmə:Özəl | çapa göndər
“Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli elan olunması bütün xalqın iradəsinin ifadəsi, ümummilli liderimizin əziz xatirəsinə olan sonsuz ehtiramın təzahürüdür. Bu münasibət Ulu Öndərimizin istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər zaman öz xalqının və öz ölkəsinin təəssübünü çəkməsindən, milli mənafelərimizi hər şeydən uca tutmasından, bütün ömrünü xalqa və dövlətə təmannasız xidmətə həsr etməyindən qaynaqlanıb.”
Bu sözləri mətbuata verdiyi müsahibəsində Sumqayıt Perinatal Mərkəzin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.
Hakim partiya təmsilçisi xüsusi olaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hələ 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə respublikamız sürətlə və hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdi: “Məhz Ulu Öndər Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının nəticəsi olaraq həmin tarixi dövrdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir iki dəfədən çox artmışdı. Azərbaycanda bütün sahələrin - sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması məhz ümummilli lider Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olunmuş, respublikanın intellektual, elmi-texniki və iqtisadi potensialı ciddi dərəcədə yüksəlmişdi.”
Daha sonra Təranə Rəcəbli müstəqilliyimizin qorunub saxlanmasının yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı sayəsində mümkün olduğunu vurğulayaraq bunları deyib: “1991-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini XX əsrdə artıq ikinci dəfə elan etsə də, o dövrdə iqtidarda olan anti-milli qüvvələrin ümumxalq mənafelərinə zidd hərəkətləri nəticəsində bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi, hətta dövlətimizin varlığını belə ciddi təhlükə altında qoymuşdu. Belə bir həlledici məqamda Azərbaycanın ən mütərəqqi və vətənpərvər insanları Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu gözəl bilirdilər. Artıq 1993-cü ilin iyununda baş verən hadisələr ölkəni dünya xəritəsindən silməyə hesablanmışdı. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Ulu Öndərin Bakıya qayıdışı milli ideyanı iflasdan qurtardı, Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. Milli ideya hər bir cəmiyyətin yaşaması, çalışması və inkişaf etməsi üçün əsas hərəkətverici qüvvədir. Ulu Öndər milli ideyanı konkret ideoloji konseptdə – azərbaycançılıq məfkurəsində ifadə etdi və ideologiyaya müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun çalarları verdi. Ümummilli lider azərbaycançılıq ideyası ilə dövlətçilik şüurunun yeni şəraitə uyğunlaşdırılması istiqamətində ciddi addımlar atdı.”
Həmçinin müsahibimiz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratdığını qeyd etmişdir: “Bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilişində Ulu Öndərin nümayiş etdirdiyi müdrikliyi, təmkini, qətiyyəti və aktivliyi xüsusi vurğulamaq lazımdır. Hələ o vaxt ümummilli lider daim vurğulayırdı ki, Bakı-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Tarix Ulu Öndərin bu məsələdə də tam haqlı olduğunu təsdiq etdi. Bu gün Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, "Yeni İpək Yolu" layihəsində aktiv iştirakçıdır. Bütün bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, məhz Ulu Öndərin qurduğu möhkəm iqtisadi əsaslar üzərində inkişaf edən Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.”
Sonda T.Rəcəbli Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq belə deyib: “19 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı 44 günlük Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə Cənubi Qafqazda yeni geostrateji reallıqlar yaratdı və bu gün artıq bütün dünya bu reallıqları görür və qəbul edir”, - deyə Təranə Rəcəbli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ