Mingəçevir: günbəgün gözəlləşən müasir şəhər
Tarix: 06-12-2022 | Saat: 12:48
Bölmə:Özəl / Parlament | çapa göndər
Bu inkişafda, gözəllikdə kommunal təsərrüfatı kollektivinin rolu əvəzsizdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanlara əsasən ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də tikinti-quruculuq işlərinin sahəsi genişlənir. Mingəçevirin əsas özəlliyi bu şəhərdə 74 ildən bəri quruculuq və abadlıq işlərinin davamlı aparılmasıdır. Məhz bu dinamiklik şəhərin simasının günbəgün dəyişməsini və gözəlləşməsini təmin edir.
Ötən 74 ilin demək olar ki, hər bir günündə şəhərin hüsnünə zəhməti ilə sığal çəkən mingəçevirlilərin xidmətlərini qiymətləndirməmək olmaz.
Abadlıq-quruculuq işlərində fəallığıyla seçilən qurumlardan biri heç şübhəsiz Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektividir.
Qısa haşiyə çıxaraq qeyd edək ki, 1948-ci il noyabırın 11-də Mingəçevirə şəhər statusu verildikdən sonra burada sənayenin tikintisi ilə yanaşı, şəhərin inşası da sürətlə davam etdirilmiş, eyni zamanda, şəhər üçün lazım olan infrastruktur yaradılmışdır. Doğrudur, ilk vaxtlar mənzil fondunun qorunub-saxlanmasına və kommunal sahəyə nəzarət edən təşkilatlar həcmlərinə görə kiçik olublar, lakin sonralar şəhərin inkişafı ilə əlaqədar yaranmış tələbata uyğun olaraq idarələr və birliklər kimi formalaşıblar.
Hazırda Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfatı İB əhəmiyyət etibarilə şəhərin ən vacib strukturlardan biridir. Birliyin əməkdaşları 107 mindən çox şəhər əhalisinə və 20 mindən artıq məcburi köçkünə xidmət göstərir. Mənzil Kommunal Təsərrüfatı İB-nin gördüyü işlər, həyata keçirdiyi tədbirlər sadalamaqla bitmir: qurumun əməkdaşları şəhərin yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılmasını, yaşıllıqların mühafizəsini təşkil edir, yol sahəsinə nəzarət olunaraq vaxtaşırı təmir-bərpa işləri aparır, park və xiyabanlarda, məhəllələr daxilində mütəmadi olaraq abadlıq-quruculuq işləri həyata keçirilməklə sakinlərin normal istirahətləri üçün şərait yaradır, şəhərin sel-sularından mühafizəsini, mənzil-kommunal infrastrukturunun inkişafını, əhaliyə keyfiyyətli kommunal xidməti göstərilməsini təmin edir; mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasını, istismarını, cari və əsaslı təmirini həyata keçirir, mənzil fondunun və sosial-mədəni obyektlərin payız-qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunmasıyla bağlı kompleks tədbirlər həyata keçirir və s.
Qurumun ağır texnikaları mütəmadi olaraq şəhərin şimalında – Bozdağın ətəyində sel sularını axıtmaq üçün nəzərdə tutulan əsas kanalın lil və çöküntülərdən təmizlənməsi işlərinə nəzarət edir. Kanalın dərinləşdirilməsi və ərazisinin genişləndirilməsi, köməkçi sel suları ötürücüsünün təmizlənməsi, güclü yağışlardan sonra ortaya çıxa biləcək daşma təhlükəsini önləmək məqsədilə kompleks təmizlik işləri aparılır, sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi prosesi daim diqqətdə saxlanılır. Kanal birliyin xüsusi texnikaları və canlı qüvvəsi tərəfindən müntəzəm olaraq məişət və digər tullantılardan təmizlənir, yığılan tullantıların ərazidən daşınması təmin olunur. Mənzil Kommunal Təsərrüfatı İB əməkdaşlarının gərgin əməyi nəticəsində kanalın sel-su axıtma imkanlarının normal vəziyyətdə olduğunu söyləmək mümkündür.
Bu gün şəhərin demək olar ki, istənilən nöqtəsində Mənzil Kommunal Təsərrüfatı İB-nin əməkdaşlarını iş başında görmək olar; onlar müxtəlif yaşayış massivlərində şəbəkəli sel-su xətlərinin quraşdırılması, köməkçi sel-su kanalının içinin və ətrafının təmizlənməsi, küçə və prospektlərdə piyadalar üçün nəzərdə tutulmuş yollarda köhnə beton plitələrinin ləğv edilməsi, sıradan çıxmış tamet daşlarının təmir və bərpası, səkilərdə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün standartlara uyğun pandusların quraşdırılması işlərini həyata keçirirlər.
Keçmiş ittifaqın ən böyük idman komplekslərindən biri hesab olunan Yaşar Məmmədzadə adına şəhər stadionunda tamaşaçılar üçün nəzərdə tutulmuş oturacaqların quraşdırılması, döşəmə və hasarların rənglənməsi, ümumiyyətlə, təmir-bərpa işləri də məhz bu kollektiv tərəfindən yüksək səviyyədə görülmüşdür.
Şəhərin Bağlar Yaşayış massivi, 1-ci küçəsindən keçən köməkçi sel-su kanalının üzərində yerləşən körpünün yenidən qurulması, H.Əliyev prospektində, eləcə də prospektin Havarlı küçəsiylə kəişməsində şəbəkəli sel-su xətləri və yeraltı mühafizə quyusunun təkmilləşdirilmiş formada quraşdırılması işləri görülən tədbirlərdən bəziləridir.
Mingəçevirin şəhər təsərrüfatında növbəti yenilik ekoloji və innovativ – emaldan istehsala layihəsinin uğurla gerçəkləşməsidir. Qeyd edək ki, şəhər 16 iyul 2017-ci il tarixdə Avropa İttifaqının Merlər Razılaşması Şərq təşəbbüsünə qoşulub. Razılaşmaya əsasən 2019-cu ildə yerli və beynəlxalq məsləhətçilərin iştirakı ilə şəhərin 2030-cu ilədək Davamlı Enerji və İqlim Tədbirlər Planı (DEİTP) hazırlanaraq tamamlanıb. Layihə çərçivəsində şəhərin 32 ha ərazisini əhatə edən parklar üçün damcılı suvarma ilə səmərəli su təchizatı sistemini qurmaq, suya qənaət etmək və yaşıllıq zolaqlarını artıraraq CO2 emissiyasını azaltmaq, yaşayış binalarının enerji səmərəliliyinə nail olmaq və vegetasiya dövrünü başa vurmuş ağacların, kolların və onların qalıqlarının emalı nəzərdə tutulub. Layihənin uğurla həyata keçirilməsi nəticəsində şəhərin suvarma sisteminin yenidən qurmaq, park və xiyabanlar üçün mövcud su sərfiyyatını 70 % azaltmaq, kommunal təşkilatların yanacaq və amortizasiya xərclərinin azalmasını təmin etmək, ən əsası, yeni iş yerlərinin yaradılması hədəflənib.
Bu gün Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İB-nin əsasən Eko enerji və Qaz təchizatı xidmət sahəsi üzrə ixtisaslaşmış “Green Blue” şirkəti ilə birgə həyata keçirdiyi innovativ layihə çərçivəsində xüsusi texniki qurğular vasitəsilə vegetasiya dövrünü başa vurmuş ağaclar, kollar və onların qalıqları mühafizəkar üsulla emal olunaraq müxtəlif təyinatlı məhsullar formasında yerli və xarici bazara təqdim olunur.
Məlumat üçün bildirək ki, Mingəçevir Mənzir Kommunal Təsərrüfatı İB-nə gənc yaşlarından özünü şəhər təsərrüfatının bilicisi kimi təsdiq etmiş, kommunal sahə üzrə işinin ustası olan Şəhriyar Mustafayev rəhbərlik edir. Kollektivlə işləmək bacarığı, idarəetmə və liderlik keyfiyyətlərinə malik Ş.Mustafayev qısa zaman kəsiyində ona olan etimadı doğruldub. Ən çətin situasiyalarda belə sürətli, çevik qərar vermə qabiliyyətinə malik olan Şəhriyar müəllim gərgin iş qrafikinə rəğmən həmişə “kabinet adamı” olmaqdan uzaq durub. Bu keyfiyyətin onda işinin xarakterindən dolayı yarandığını söyləmək yanlışlıq olardı. Çünki görülən işlərə şəxsən və yerində nəzarət edib lazım olan tapşırıq və tövsiyələri vermək Ş.Mustafayevi əksər məmurlardan fərqləndirən cəhətlərdəndir.
Bu ilin sentyabrında Fransanın Paris şəhərində (“EU4Environment”) “Avropa İttifaqı Ətraf Mühit Naminə” layihəsi çərçivəsində Ətraf Mühitin Regional Assambleyasının Beynəlxalq tədbiri baş tutmuşdur. Bu mötəbər tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Şəhriyar Mustafayev də yer almışdır.
Qeyd edək ki, 2019-cu ildə başladılan və Aİ-nin maliyyələşdirdiyi “EU4Environment” proqramı 6 Şərq Tərəfdaşlığı ölkəsində (Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Ermənistan) yaşıl iqtisadiyyatı hədəfləyir: Proqram hərtərəfli yaşıl inkişaf imkanlarını nümayiş etdirilməsində, ekoloji risk və təsirlərin daha yaxşı idarə olunması üçün mexanizmlər yaratmaqla ətraf mühitlə bağlı tədbirləri dəstəkləyir.
Şərq Tərəfdaşlığı ölkələrinin Ətraf Mühit və İqtisadiyyat Nazirliklərinin Milli Əlaqələndiriciləri, Milli Fəaliyyət Koordinatorları, Avropa Komissiyasının və Aİ Nümayəndiklərinin nümayəndələri, Aİ üzv dövlətləri, vətəndaş cəmiyyəti və EU4 Ətraf Mühitin İcraçı Tərəfdaşlarının (OECD) iştirak etdiyi və 2 gün davam edən beynəlxalq tədbirdə proqramın icrası barədə məlumat verilərək əsas nailiyyətləri nümayiş etdirilmiş, 2022-23-cü illər üçün yenilənmiş ölkəyə xas və regional iş planları və idarəetmə tədbirləri nəzərdən keçirilmiş, kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsi müzakirə edilmişdir.
Əlavə edək ki, Ş.Mustafayev həm də Mingəçevir Bələdiyyəsinin üzvü, Bələdiyyənin “Beynəlxalq Əlaqələr və QHT-lərlə iş” üzrə komissiyasının sədridir.
Bəli, düz 74 il öncə insan əlləri ilə Kür çayının sahilində möhtəşəmliyi ilə diqqət çəkən gözəl bir şəhər – Mingəçevir ünvan tapıb. Bu gün Mingəçevir Cənubi Qafqazın sürətlə böyüyən, gözəlləşən müasir şəhərlərindən biridir. Bir vaxtlar keçmiş SSRİ-nin aparıcı sənaye komplekslərinin cəmləşdiyi şəhər bu gün inkişaf edərək müasir infrastrukturu, qabaqcıl texnologiyaları, mədəni-məişət şəbəkəsi olan coğrafi məkana çevrilib. Mingəçevirin artıq özünəməxsus ekoloji standartları formalaşıb, burada müntəzəm olaraq yaşıllaşdırma və təmizlik işləri aparılır.
Heç şübhəsiz, şəhərin bu günədək qorunub-saxlanmasında, inkişafında, gözəlləşməsində, kommunal sahədə əhalinin rahatlığı üçün lazım olan işlərin diqqət mərkəzində saxlanılmasında Şəhriyar Mustafayevin başçılıq etdiyi Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İB kollektivinin rolu əvəzsizdir.
P.S. SSRİ-nin süqutunadək mənzil-kommunal təsərrüfatı işçilərinin əməyi hökumət tərəfindən xüsüsi qiymətləndirilib. Belə ki, sovet Azərbaycanının fəxri adlarının siyahısında “Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi” fəxri adı mövcud olub. Zənnimizcə, digər sahlərdə olduğu kimi, bu fəxri adın da bərpası yaxud yenidən hansısa formada təsis edilməsinə, bu sahədə əməyi olanlara layiq olduqları qiymətin verilməsinə ehtiyac var.
Azər Tağızadə
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
10:16 Azərbaycanda matəmdir
25-12-2024