Mobil versiya
“Yaşıl Könüllülər” adlı yeni layihəyə start verilib -Fotolar
Tarix: 05-12-2022 | Saat: 09:44
Bölmə:Seçki 2024 | çapa göndər

“Yaşıl Könüllülər” adlı yeni layihəyə start verilib

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşıl Könüllülər” adlı yeni layihəyə start verib.
Layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.

aia.az xəbər verir ki, dekabrın 3-də keçirilən layihənin açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Samir Mehraliyev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, BMT-nin Ətraf Mühit məsələləri üzrə mütəxəssisi Nazim Məmmədov, “Təmiz şəhər ASC”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov çıxış ediblər. Qonaqlar çıxışlarında layihə ilə bağlı fikirlərini bildirib və bu istiqamətdə təcrübələrini bölüşüblər.
Layihə rəhbəri İ.Quliyevin qeyd etdiyinə görə layihə çərçivəsində Bakı şəhərində 3 gün ərzində 50 nəfərə yaxın iştirakçıya “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması”, “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” və s. bu kimi istiqamətlərə uyğun olaraq gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması və ekoloji aksiya və marafonların keçirilməsində gənclərin, könüllülərin iştirakının stimullaşdırılması mövzularında görüşlər və praktiki məşğələlər təşkil olunacaqdır.
3 dekabr tarixindən başlayaraq “Təmiz şəhər ASC”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarovun iştirakı ilə “Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə edilməsi zamanı üzərimizə düşən öhdəliklər; Təkrar emal, EKOsahibkarlıq imkanları”, 4 dekabr tarixində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin iştirakı ilə “Ekoloji ictimai davranış və birgə həll yolları” və “AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri” şirkətinin layihələr üzrə meneceri Pərvanə Xıdırovanın iştirakı ilə “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” kimi mövzularda müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır. İştirakçılar komanda işinə cəlb olunaraq öz ideyalarını təqdim etmişlər.
Qeyd edək ki, layihə müddətində eyni zamanda “Gəlin şəhərimizi təmiz saxlayaq” devizi altında 100-ə yaxın könüllünün iştirakı ilə təmizlik kampaniyası keçiriləcəkdir. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024