Mobil versiya
İran və Ermənistan öz siyasətlərinin girovuna çevrilib
Tarix: 05-12-2022 | Saat: 09:36
Bölmə:Siyasət / Özəl | çapa göndər

İran və Ermənistan öz siyasətlərinin girovuna çevrilib

Qarabağda 44 günlük müharibə başa çatsa da, Fransa qərəzli mövqeyindən əl çəkmir. Hansı ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Fransanın ədalətli yanaşma ortaya qoyması tələb olunurdu. Biz isə bunun tam əksini görürük.
Heç kimə sirr deyil ki, Fransa hərbi əməliyyatların ilk günündən ermənilərin maraqlarından çıxış edir, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verir. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə mənfur əməllərindən əl çəkmək niyyətində deyil.
Eyni vəziyyətə isə digər qonşumuz İranın da mövqeyində açıq-aşkar görünməkdədir. Zəngəzuru məsələsini özünün “qırmızı cizgisi” elan edən İran əslində bu mövqeyi ilə daha çox özünə ziyan vuracaqdır.
Ermənistan və İran arasında paralellər onu göstərir ki tarixi Zəfərdən sonra bu və ya digər formada hər iki ölkədə situasiya demək olar ki, eynidir. Hər ikisi iqtisadi əngənədə boğulur, siyasi kataklizmdə əziyyət çəkirlər.
Ermənistana “ağa”ları, irana təkəbbürü və iddiaları imkan vermir ki, bu prosesdə normal davranış nümayiş etdirsinlər. İran başqa dividentlər güdür, Ermənistan həmişə olduğu kimi özündən böyük və güclülərlə toqquşub əzilməkdən yorulmur.
Prezident İlham Əliyevin 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında qeyd etdiyi kimi “ İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir”.
Buradan belə nəticəyə gəlmək olar ki. Ermənistan və İran əslində eyni “ağa”nın əlinə oynayırlar. İranın müstəqil Azərbaycan qorxusu yuxusunu qaçırıb. Bu ölkənin feodal təfəkkürlü başbilənləri dünyada gedən prosesləri ya anlamaq istəmir, ya da hansısa sehrli qüvvənin onlara kömək edəcəyini düşünürlər. Lakin yanılırlar. 30 il ərzində səsi çıxmayan İranın birdən-birə suvereünlikdən və ərazi bütövlüyündən dəm vurması hədəf yayındırmaqdan başqa bir şey deyildir. Ölkə əhalisinin yarısını təşkil edən türklərə ana dilində təhsil haqqı tanımayan mollalar bir ovuc erməni üçün əldən-ayaqdan gedirlər. Azərbaycanın İsraillə əlaqələrindən, həmin ölkədə səfirlik açmasından əndişə edənlər zəngəzurda konsulluq açırlar, azərbaycana təhdid məqsədilə hərbi təlimlər təşkil edirlər. Ermənistan isə yenə də öz ampluasındadır. Yenə də qapı-qapı düşüb himayədar axtarır.
İran anlamır ki - İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Hər iki dövlətin rəsmiləri anlamalıdır ki. Avropa İttifaqı ilə əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Avropa İttifaqı ölkəmizin mühüm tərəfdaşıdır. Biz yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsindəyik. Bizim münasibətlərimiz öz milli iradəmizə əsaslanır. Onlar isə hələ də terror, hədə ritorikasından əl çəkmirlər.
Azərbaycan qarşılıqlı münasibətlər qurmaqla, faydalı və bərabər əsaslı müqavilələrlə öz iqtiadi inkişafını təmin edir, regionda aparıcı dövlət kimi də şərtləri diqtə edir.
Cənab Prezidentin beynəlxalq konfransdakı çıxışında qeyd etdiyi “Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”.
İran və Ermənistan bunu anlayaraq regional əmkdaşlığa qoşulmaqla iqtisadi inkişaflarını təmin etməlidirlər. Əks təqdirdə hər iki dövlət bütün layihələrdən kənarda qalaraq öz mənasız dirəniş və yanlış siyasətlərinin girovuna çevriləcəklər.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə