Mobil versiya
Külli miqdarda zərgərlik məmulatları aşkarlanıb -Foto
Tarix: 02-12-2022 | Saat: 17:32
Bölmə:Seçki 2024 | çapa göndər

Külli miqdarda zərgərlik məmulatları aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalardan və  şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladırıq ki, bu sahədə qanuni fəaliyyət göstərən şəxslər üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 5 aprel 2021-ci il 88 saylı qərarı ilə qızıl idxalı ilə əlaqədar gömrük ödənişlərinin məbləği azaldılıb. Lakin  bəzi şəxslər bu fürsətdən yararlanmaq əvəzinə qaçaqmalçılıq yolu ilə qızılın ölkəyə gətirilməsinə cəhdlər göstərir.
Bildiririk ki, həm qanuni sahibkarların, həm də dövlətin mənafeyinə ziyan vuran bu  cür hərəkətlərin qarşısı isə gömrük orqanları tərəfindən qətiyyətlə alınacaqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024