Mobil versiya
Ukraynanın Çexiyadakı Brno konsulluğu şübhəli bağlamaya görə təxliyə edilib
Tarix: 02-12-2022 | Saat: 17:00
Bölmə:Karusel / Özəl | çapa göndər

Ukraynanın Çexiyadakı Brno konsulluğu şübhəli bağlamaya görə təxliyə edilib

Ukraynanın Çexiyanın Brno şəhərindəki konsulluğu dekabrın 2-də diplomatik nümayəndəliyə çatdırılan şübhəli bağlamaya görə təxliyyə edilib. 6 işçi təxliyə edilib.

aia.az xəbər verir ki, bu  barədə Praqa Radiosu  Çexiya polisinə istinadən məlumat yayıb.

Paket İspaniyaya çatdırılanlara bənzəyirdi. Məhz bu səbəbdən konsulluq və yaxınlıqdakı binalar yanğınsöndürənlərin köməkliyi ilə təxliyə edilib.

Ukraynanın Praqadakı səfirliyinin mətbuat katibi Tetyana Okopna deyib: "Brnodakı konsulumuz polisə zəng edib. Alınan bağlama şübhəli görünürdü".
Paket rentgenlə yoxlanılıb. Daha sonra polisə bildirildi ki, bağlamada heyvan mənşəli toxumalar var.

Tahir Həsənov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024