Ana Sayfa > Karusel / Özəl > Ukraynanın Çexiyadakı Brno konsulluğu şübhəli bağlamaya görə təxliyə edilib
Ukraynanın Çexiyadakı Brno konsulluğu şübhəli bağlamaya görə təxliyə edilib2-12-2022, 17:00. Yazar: sevinc1 |
Ukraynanın Çexiyanın Brno şəhərindəki konsulluğu dekabrın 2-də diplomatik nümayəndəliyə çatdırılan şübhəli bağlamaya görə təxliyyə edilib. 6 işçi təxliyə edilib. aia.az xəbər verir ki, bu barədə Praqa Radiosu Çexiya polisinə istinadən məlumat yayıb. Paket İspaniyaya çatdırılanlara bənzəyirdi. Məhz bu səbəbdən konsulluq və yaxınlıqdakı binalar yanğınsöndürənlərin köməkliyi ilə təxliyə edilib. Ukraynanın Praqadakı səfirliyinin mətbuat katibi Tetyana Okopna deyib: "Brnodakı konsulumuz polisə zəng edib. Alınan bağlama şübhəli görünürdü". Paket rentgenlə yoxlanılıb. Daha sonra polisə bildirildi ki, bağlamada heyvan mənşəli toxumalar var. Tahir Həsənov aia.az Geri dön |