Mobil versiya
Dövlət və bələdiyyə qulluqçularına antikorrupsiya təlimləri keçirilib
Tarix: 01-12-2022 | Saat: 17:13
Bölmə:Seçki 2024 | çapa göndər

Dövlət və bələdiyyə qulluqçularına antikorrupsiya təlimləri keçirilib

70 rayon icra hakimiyyəti əməkdaşları və 22 bələdiyyə üzv və qulluqçuları təlimlərə cəlb edilib

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dövlət və bələdiyyə qulluqçuları üçün onlyan antikorrupsiya təlim kursunun təşkili” layihəsinin icrasını başa çatdırıb. Layihən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının həyata keçirilməsinə yardım göstərilməsi və dövlət qulluqçuları, bələdiyyə üzvləri və qullquçularının antikorrupsiya qanunvericliyi, korrupsiya riskləri və onların idarə olunması, etik davranış qaydaları, bu qaydaların praktikada tətbiqi sahəsində bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədilə keçirilib.

Layihə çərçivəsində 70 rayon icra hakimiyyəti əməkdaşlarına və 22 bələdiyyə qulluqçuları üçün “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” və “Etik davranış prinsipləri” mövzusunda 2 sessiyadan ibarət onlyan təlimin keçirilib. Ümumlikdə, 10 təlimdə 200-ə qədər dövlət qulluqçusu, bələdiyyə üzüv və qulluqçusu iştirak edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024