Mobil versiya
Ermənistan müxalifəti yeni siyasi tsiklə hazırlaşır
Tarix: 01-12-2022 | Saat: 09:19
Bölmə:Özəl | çapa göndər

Ermənistan müxalifəti yeni siyasi tsiklə hazırlaşır

Ermənistanın Jam.news xəbər portalı məlumat verib ki, “Dirçələn Ermənistan” partiyası Milli Məclisdəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu partiya Ermənistan parlamentinin “Hayastan” fraksiyasına daxildir.

Qərara şərh edən fraksiya rəhbərliyi əmin edib ki, birgə siyasi məqsədlərin müəyyən edilməsi prinsiplərində heç nə dəyişməyib, “siyasi mübarizədə birlikdə görüləsi işlər çoxdur”. 

Parlament sədri isə baş prokurorun 3 deputatı toxunulmazlıqdan məhrum etmək üçün MŞ-yə gələcəyini istisna etməyib. Amma Alen Simonyan deputatların adlarını və digər detalları açıqlamayıb.

Siyasi şərhçi Akop Badalyanın müşahidəsinə görə, müxalifət istər adi seçki, istərsə də növbədənkənar seçki ehtimalını gətirən bir proses olsun, yeni siyasi tsiklə hazırlaşmağa çalışır.

Şəmsi Qoca
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə