Rusiya və İran aviasiya sənayesi və gəmiqayırma sahəsində birgə layihələr haqqında razılığa gəliblər
Tarix: 01-12-2022 | Saat: 08:10
Bölmə:Manşet / Özəl | çapa göndər
Rusiya və İran enerji mühəndisliyi, gəmiqayırma və təyyarə istehsalı sahəsində birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər.
“aia.az”ın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə İranın Sənaye, mədən və ticarət nazirinin müavini, İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak bildirib.
Peymanpak və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin noyabrın 30-da “Rusiya Sənayeçiləri” konfransı çərçivəsində Rusiya-İran İşgüzar Əməkdaşlıq Şurasının yaradılmasına dair memorandum imzalayıblar.
"Biz birgə tikinti və layihələndirmə layihələri, turbinlər, gəmiqayırma, mühərrik, helikopterlər və təyyarələr, həmçinin traktorlar və kənd təsərrüfatı avadanlıqları üzrə prinsipial razılaşmalar əldə etmişik", - Peymanpak bildirib.
O əlavə edib ki, İran tərəfi Rusiya ilə birgə şirkətlərin yaradılması imkanlarının müzakirə olunduğu "həmin sahələrdə layihələri fəal şəkildə həyata keçirmək" niyyətindədir.
Şəmsi Qoca
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024