Mobil versiya
YAP Cəbrayıl rayon təşkilatının sıralarına yeni qəbul olmuş üzvlərə partiya vəsiqələri təqdim olunub -Fotolar
Tarix: 28-11-2022 | Saat: 20:01
Bölmə:Özəl / Cəmiyyət | çapa göndər

YAP Cəbrayıl rayon təşkilatının  sıralarına yeni qəbul olmuş üzvlərə partiya vəsiqələri təqdim olunub

Bugün YAP Cəbrayıl rayon yğəşkiıatı, 17 saylı ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olmuş üzvlərə partiya vəsiqələrinin təqdimatı keçirilib.

aia.az xəbər verir ki, tədbir Ulu Öndərimiz Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinə 1 dəqiqəlik sükutla başladı.Tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev giriş nitqi ilə çıxış edərək:Ulu Öndərimiz Heydər Əliyevin YAP-nı yaratmasından və Ölkəmizi böhrandan çıxarmasından, Respublika Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin, Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, Ölkəmizi məğlub durumdan, Qalib Ölkəyə gətirməsindən, Müzəffər Ali Baş Komandan kimi partiyamızıda Zəfərlər partiyasına yüksəltməsindən bəhs etdi və qeyd etdi:sözün əsl mənasında YAP ZƏFƏRLƏR PARTİYASIDIR !Sonra yeni YAP üzvlüyünə qəbul olanlara vəsiqələri təqdim edib,onları təbrik etdi. 17 saylı ərazi partiya təşkilatının sədri Müzəffər Poladov partiyaya yeni qəbul olunmuş üzvləri təbrik etdi.

YAP üzvlərindən Flora Rüstəmova,Nigar Vəliyeva və Yusif Aslanlı çıxış etdilər.Sonda YAP 30 il yazısı olan tort kəsildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024