Mobil versiya
Avropa ölkələrinin qaz təchizatı ilə bağlı önəmli layihələr
Tarix: 28-11-2022 | Saat: 19:11
Bölmə:Ölkə | çapa göndər

Avropa ölkələrinin qaz təchizatı ilə bağlı önəmli layihələr

Bu gün hər bir cəmiyyətin həm iqtisadiyyatının həm də sənayesinin davamlı inkişafı üçün enerji əvəz edilməz bir resurdur. Böyük bir regionu əhatə edən Avropa İttifaqı üçün enerji istehlakının təhlükəsiz, rəqabətə davamlı şəkildə, o cümlədən Aİ-nin qəbul etdiyi qanunlar çərçivəsində qarşılanması prioritet hesab edilir. Statistik məlumatlara əsasən deyə bilərik ki, Rusiya Federasiyası Avropa İttfaqının enerji istehlakında olduqca mühüm yeri tutur və son onillikdə Ukrayna ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi ittifaqa üzv bir sıra dövlətlərdə enerji böhranının yaşamasına səbəb olmuşdu. İstər yaşanmış böhran istərsə də, Rusiyanın enerji dominantlığını siyasi alət olaraq istifadə etməsi, Aİ-nin Vahid Enerji Birliyini təsis etməsinə şərait yaratmışdı. Təbii ki, burada vacib əhəmiyyət kəsb edən bir sıra məsələlərin həlli hədəf olaraq göstəriləsə də, əsas məqsəd enerji tədarükünün diversifikasiyalaşdırılması və Rusiyadan asılılığın azaldılması idi. Avropa İttifaqının 2020 hədəfləri içərisində yer alan yüksək texnologiyaların enerji sahəsində tətbiq edilməsi, bərpa olunan enerji resurslarının istehsalının artırılması və dünyanın müxtəlif regionlarından Avropa bazarlarına mayeləşdirilmiş təbii qazın (LNG) daxil olması ümumi mənzərəni müəyyən qədər dəyişsə də, Rusiya Aİ-nin enerji istehlakında başlıca mövqeyini qoruyub saxlamaqdadır. 2014-cü ildə Avopa Komissiyası tərəfindən ləğv edilən Cənub Axını Qaz kəmərinin hal-hazırda tikinti davam etdirilən Türk Axını ilə əvəzlənməsi və təbii qazın birbaşa Almaniyaya tədarükünü nəzərdə tutan Şimal Axını – 2 qaz kəməri layihəsi Rusiyanın Avropa bazarlarında əlverişli mövqeyinin qorunmasını təmin edəcəyi proqnozlaşdırılır. Hal-hazırda qərb siyasi və iqtisadi çevrələrində Şimal Axını – 2 qaz kəməri layihəsinin perspektivləri ilə bağlı fikir ayrılıqları davam etməkdədir. Aşağıdakı tədqiqatda layihənin Avropa İttifaqı və onun üzv dövlətləri üçün yarada biləcəyi mümkün təsirlərlər araşdırılmışdır.Avropa İttifaqının Enerji Təchizatı

Avropa İttifaqı dünyanın ən böyük enerji istehlak edən regionlarından biri olmasına baxmayaraq, digər regionlarla müqayisədə enerji istehsalında olduqca kiçik paya sahibdir. Bu proses nəticə etibarı ilə regionun enerji asılılığının xarici təchizatçılar tərəfindən qarşılanmasına şərait yaratmışdır. Ümumi olaraq Avropada enerji ilə bağlı real təxminlərə nəzər yetirsək görərik ki, 2050-ci ilədək enerji istehsal və istehlakında kifayət qədər böyük həcmdə azalma olacağı proqnozlaşdırılır. Burada mühüm əhəmiyyət kəsb edən amil bərpa olunabilən enerji resurslarının orta və uzun dönəm ərzində ümumi istehlakda payının getdikcə artacağıdır. Buna səbəb Avropa İttifaqının Enerji və İqlim Dəyişikliyi ilə bağlı qəbul etdiyi 2020 hədəfləri içərisində bərpa oluna bilən enerji resurslarının payının artırılması və enerji səmərəliliyinin təmin edilməsidir.Sovet dönəmində olduğu kimi, bu gün də Rusiyanın nef və neft məhsulları, o cümlədən təbii qazı Avropa bazarlarında mühüm yer tutmaqdadır. Lakin unutmaq lazım deyil ki, post-Sovet Rusiyasının ittifaq ölkələrinin ümumi istehlak etdiyi təbii qazın həcmindəki payı azalan xətt üzrə inkişaf etmişdir. Belə ki, Rusiyanın 1990-cı ildə Avropa İttifaqının istehlak etdiyi təbii qazda payı kəskin azalaraq 75%-dan 2007-ci ildə 40% civarına enmişdir.Aşağıdakı şəkil 1-də 2015-ci il ərzində Aİ-nin idxal etdiyi enerjinin hansı mənbələrdən gəldiyi əks olunmuşdur.Statistikaya əsasən Rusiyanın ittifaq ölkələrinin ən böyük təbii qaz idxalçısı olduğunu, lakin əvvəlki dövrlərlə müqayisədə əzici üstünlüyə malik olmadığını rahatlıqla deyə bilərik. Hal-hazırda Rusiyanın əsas ixrac qaz kəmərləri Şərqi Avropanın keçmiş ittifaq üzvü olmuş Ukrayna və Belarus Respublikalarının ərazisindən keçməkdədir. 2006 və 2009-cu illərdə Rusiya və Ukrayna arasında təbii qazın qiymətində yaşanmış fikir ayrılığı nəticəsində əsasən Şərqi və Mərkəzi, qismən də Qərbi Avropa dövlətləri enerji təminatında ciddi problemlərlə üzləşmişdi. Təbii ki, proseslərin bu məcraya yönəlməsində kommersiya amillərini gözardı edə bilmərik. Lakin bir sıra ekspertlərin fikrincə Rusiyanın Ukraynaya ixrac etdiyi təbii qazın qiymətlərini Avropa bazarları səviyyəsinə yüksəldilməsini tələb etməsi məhz 2005-ci ildə Ukrayna siyasi arenasında baş vermiş radikal dəyişikliklərlə bağlıdır. Belə ki, Rusiya tərəfindən özünün gələcək siyasi və iqtisadi layihələrində mərkəzi rolu oynaması planlaşdırılan Ukraynanın rəsmi Moskva ilə yaxın siyasi əlaqələrini davam etdirdiyi müddət ərzində təbii qazın aşağı qiymətlərlə satışı iki ölkə arasında hər hansı ciddi bir mübahisəyə səbəb olmamışdı. Baş vermiş enerji böhranları Rusiyanın etibarlı tərəfdaş və davamlı təchizatçı imicinə mənfi təsir göstərmişdi. Bunun məntiqi nəticəsi kimi, artıq Avropa İttifaqının siyasi institutlarında Rusiyadan davam edən enerji asılılığının azaldılması və idxal bazarlarının diversifikasiyalaşdırılması, o cümlədən bütün bu tip məsələlərin qeyd ediləcəyi vahid konsepsiyanın yaradılması üzərində çalışmalar başlamışdı. Enerji siyasəti çox vaxt böyük həcmdə enerji istehsalçıları və tranzit ölkələri tərəfindən xarici siyasət əlati olaraq istifadə edilir. Məhz bu reallıq Avropada enerji siyasəti barədə müzakirələrin başlanmasına səbəb oldu.

Hüseynzadə İbrahim,
Bakı Dövlət Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024