Mobil versiya
Dünyanın ən yaşlı koalası Yaponiyada 25 yaşında ölüb
Tarix: 28-11-2022 | Saat: 15:42
Bölmə:Özəl | çapa göndər

Dünyanın ən yaşlı koalası Yaponiyada 25 yaşında ölüb

Hyoqo prefektura hökuməti dünyanın ən yaşlı koalası kimi tanınan və Ginnesin Rekordlar Kitabına düşən Midorinin vəfat etdiyini açıqlayıb. Onun 25 yaşı var idi. Mütəxəssislərin sözlərinə görə, Yaponiyanın qərbində yerləşən prefekturanın Minamiavadzi şəhərindəki “Awaji Farm England Hill” Parkında yaşamış koalanın yaşı insan ömrü üçün 120-125 yaş həddinə uyğun olub.
Parkdan verilən məlumata görə, noyabrın 23-də səhər saatlarında bir işçi onu sərgi pavilyonunda ölü tapıb.
Park rəsmilərinin sözlərinə görə, panda Midori bu ayın ortalarında iştahını itirməyə başlayıb və noyabrın 22-də ağacdan yıxılaraq xəstə düşüb.
Görünür, Midori qocalıqdan ölüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024