Avropa Komissiyası İsveçə qarşı təxribata başlayıb
Tarix: 28-11-2022 | Saat: 13:01
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər
Avropa Komissiyasının yeni təklifi təsdiqlənərsə, İsveç tüstüsüz (çəkilməyən) tütün məmulatlarının qiymətini kəskin şəkildə qaldırmağa məcbur ola bilər, - swedinfo.ru yazır.
Saytın məlumatına görə, avropalı məmurlar tütünə aksiz vergisinin artırılmasını təklif edirlər ki, bu da çəki ilə satılan snus (quru enfiye variantından hazırlanan tütün məmulatı, orta asiyada yayılmış nas məmulatının analoqu) paketinin qiymətinin 120 İsveç kronundan çox olmasına səbəb olacaq.
aia.az xəbər verir ki, təklif dekabrın əvvəlində dərc edilməlidir. Daha sonra bu təklif Avropa İttifaqı dövlətləri tərəfindən müzakirə olunacaq və ehtimal ki, qəbul ediləcək.
“Swedish Match” snus şirkətinin kommunikasiya rəhbəri Patrik Hildinqsson vəziyyəti belə şərh edir: “Bu, İsveçə və bir milyona yaxın isveçli snus istifadəçisinə qarşı əsl təxribatdır. Avropa İttifaqının bu qərarı məhz indi qəbul etməsi, məncə, bir çox isveçlilərin qəzəbinə səbəb olacaq. Tütün aksiz vergisi bu gün 1 kiloqrama görə 500 krondan bir qədər azdır və bu, artıq çox yüksək göstəricidir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024