Mobil versiya
"Erkən nikah və qohum evliliklərinin fəsadları" mövzusunda tədbir
Tarix: 28-11-2022 | Saat: 09:10
Bölmə:Özəl | çapa göndər

"Erkən nikah və qohum evliliklərinin fəsadları" mövzusunda tədbir

Xəzər rayonunda yetkinlik yaşına çatmayanlar arasında "Erkən nikah və qohum evliliklərinin fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.

Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 119 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanlar arasında maarifləndirici tədbir təşkil edilib

aia.az xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Rövşən Əhmədov, baş məsləhətçi Ofeliya Məmmədzadə, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, könüllüləri, müəllim, valideyn və şagird kollektivi iştirak ediblər.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, xatirə şəkilləri çəkdirilib, mərkəzin tanıtım bukletləri və ailə başçısına məktub paylanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024