Albaniya ilə əmkdaşlıq həm siyasi, həm də iqtisadi baxımdan Azırbaycanın maraqlarına xidmət edir
Tarix: 26-11-2022 | Saat: 09:06
Bölmə:Siyasət / Özəl | çapa göndər
Dünyada baş verən siyasi proseslərə vaxtında reaksiya vermək və bu siyasi proseslərdən dövlətin inkişafı üçün, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsi mühüm rola malikdir. Bu siyasəti daim uğurla həyata keçirən cənab prezident İlham Əliyevin son xarici səfərləri, ölkənin iqtisadi cə\hədən inkişafına hesablanmış siyasi kurs hesab etmək olar. Cəanb Prezidentin 15 noyabr tarixində Albaniyaya səfəri də bu qəbildəndir.
Avropa və NATO ölkəsi olan Albaniya ilə həm iqtisadi əlaqələrin inkişaf etdirilməsi, həm də Avropaya inteqrasiya sahəsində Albaniya ilə münasibətlkərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Buna görə də cənab Prezidentin Albaniyaya ilk səfəri olduqca əhəmiyyətli səfərlərdən biridir.
Cəanb Prezident Albaniyanın dövlət rəsmiləri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamalar da bu səfərin nəticələri Albaniyta ilə əmkldaşlığın konstruktiv forma alması və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcəkdir.
Qeyd etmək yerinə düşər ki, avropa ölkəsi olan Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Azərbaycan NATO-nun üzvü olmasa da, təşkilatla sıx əməkdaşlıq əlaqələrimiz var. Biz həm NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmuşuq, həm də hərbi təhsil, hərbi təlim sahəsində əməkdaşlıq edirik. Azərbaycan hərbçiləri dəfələrlə NATO-nun hərbi təlim kurslarında iştirak etmişdir ki, bu da hərbçilərimizin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Albaniya da təşkilatın üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.
Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonar regionda yaranmış reallıq barədə məlumat verərək bildirmişdir ki, “İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır”.
Albaniya ilə sıx əməkdaşlığın digər mühüm cəhəti iqtisadi, xüsusən də enerji sahəsində əməkdaşlığın inkişafıdır.
Enerji sahəsindəki bu əməkdaşlıq həm də iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropanın enerji təchizatında rolunun artması ilə əlaqədar ümumilikdə Azərbaycan-Avropa enerji əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilə bilər. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar, hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Albaniya da TAP layihəsinin üzvlərindən biridir və Cənub Qaz Dəhlizinin icrasında mühüm rol oynayır. Yəni, Azərbaycandan Avropaya ixrac olunacaq qaz Albaniya ərazisindən də keçəcək ki, bu da Albaniya ilə gələcəkdə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni fürsətlər yaradır. Cənab Prezident də mətbuata açıqlamasında bildirdi ki, “Azərbaycan Albaniyada qaz şəbəkəsinin yaradılmasında investor kimi iştirak edə bilər və biz buna hazırıq”.
-Həmçinin səfər zamanı dövlət başçılarının təşəbbüsü ilə İqtisadiyyat və sənaye üzrə müştərək işçi qrupu yaradılmışdır. Yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməsinin nəzərədə tutulması bu sahədə işlərin daha sürətli və davamlı aparılmasına imkan yaradacaqdır. Cənab Prezident daha sonra vurğulamışdır ki, “əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri üzrə də əmkdaşlığa şərait və imkan vardır”.
Məlumdur ki müharibədən sonra erməni lobbisinin təhriki ilə bir sıra dövlətlər, xüsusən Fransa ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoymuşdur. Fransa senatında Azərbaycana sanksiyalar tətbiqi ilə bağlı qətnamənin qəbul edilməsi də bu qəbildəndir. Buna görə də Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətlərlə daha sıx əməkdaşlıq və dövlətlərarası münasibətin inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin son səfəri iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu daha da artıracaq.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ