Azərbaycan idman tarixində növbəti parlaq səhifə yazıldı
Tarix: 01-05-2026 | Saat: 22:02
Bölmə:Manşet / Siyasət | çapa göndər

Avropa çempionatında komanda hesabında çempion olan milli güləş komandamızın üzvləri ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edildi. Bu qəbul yalnız idmançılarımızın əldə etdiyi böyük uğurun qeyd olunması deyil, eyni zamanda dövlətin idmana, xüsusilə də güləş kimi milli ənənələrə söykənən sahəyə verdiyi yüksək dəyərin bariz nümunəsi idi.
Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova səsləndirib.
Deputat fikirlərinin davamı olaraq əlavə etdi ki, görüş zamanı Prezident İlham Əliyev milli komandamızın Avropa çempionatında göstərdiyi əzmkarlığı, peşəkarlığı və vətənpərvərliyi xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan güləş məktəbi uzun illərdir dünya və Avropa arenasında öz sözünü deyir və bu uğurlar təsadüfi deyil. İdmançılarımızın qazandığı qələbələr həm ölkəmizin beynəlxalq nüfuzunu artırır, həm də gənc nəslə böyük motivasiya verir. Dövlət başçısı çıxışında bildirdi ki, bu uğurların arxasında həm idmançıların zəhməti, həm də məşqçilərin fədakar əməyi dayanır.
Millət vəkili bildirdi ki, ölkəmizdə sağlam həyat tərzinin təşviqi, gənc nəslin fiziki və mənəvi cəhətdən güclü yetişdirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada idman ölkəsi kimi tanıdılması məqsədilə ardıcıl və sistemli addımlar atılır. Müasir idman infrastrukturunun yaradılması, bölgələrdə idman komplekslərinin istifadəyə verilməsi, gənclərin idmana cəlb olunması və peşəkar idmanın dəstəklənməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Məhz bu məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan bu gün dünyanın idman xəritəsində öz layiqli yerini tutub.
Eyni zamanda Prezident İlham Əliyev idmanın cəmiyyət həyatındakı mənəvi rolunu xüsusi vurğulayaraq bildirmişdir: “Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir.” Bu fikirlər idmanın təkcə fiziki nailiyyətlərlə məhdudlaşmadığını, onun dərin ictimai və ideoloji məzmun daşıdığını açıq şəkildə ifadə edir. Doğrudan da, beynəlxalq yarışlarda üçrəngli bayrağımızın yüksəlməsi və Dövlət Himnimizin səslənməsi hər bir azərbaycanlıda qürur hissi oyadır, milli həmrəyliyi gücləndirir. Bu isə xüsusilə gənc nəslin vətənə bağlı, milli dəyərlərə sadiq ruhda formalaşmasında mühüm rol oynayır. Həqiqətən də, son 30 ilə yaxın müddətdə ölkəmizdə idman sahəsində böyük inkişaf yolu keçilib. İdmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizi daim yüksək səviyyədə təmsil edərək üçrəngli bayrağımızı zirvələrə qaldırıblar. Bu uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, milli qürur hissinin güclənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, idmanda yalnız qələbələr deyil, məğlubiyyətlər də qaçılmazdır: “Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür.” Bu yanaşma idmançılarımızda ruh yüksəkliyinin qorunmasına, onların daha böyük əzmlə yeni qələbələrə doğru irəliləməsinə stimul verir.
Eyni zamanda, ölkəmizin mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi də xüsusi qeyd olunmalıdır. Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi nüfuzlu tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın təşkilati imkanlarının genişliyini və idmana verilən dəyəri nümayiş etdirir. Hətta bu yarışların regionlarda keçirilməsi ölkə üzrə idmanın kütləviliyinin artırılmasına xidmət edir.
Xüsusilə vurğulanmalıdır ki, Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinciliyin qazanılması tarixi nailiyyətdir. Bu, Azərbaycan güləş məktəbinin gücünü, idmançılarımızın yüksək hazırlıq səviyyəsini və federasiyaların məqsədyönlü fəaliyyətini bir daha təsdiqləyir.
Bütün bunlar göstərir ki, bu gün Azərbaycan qalib dövlət və qalib xalq kimi yalnız siyasi və iqtisadi sahələrdə deyil, idman müstəvisində də böyük uğurlara imza atır. Dövlətin idmana göstərdiyi diqqət və qayğı, idmançıların isə bu etimadı doğrultmaq üçün göstərdiyi əzmkarlıq gələcəkdə daha möhtəşəm nailiyyətlərin əldə olunacağına əminlik yaradır. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2026