Mobil versiya
Rusiyada WhatsApp bağlanacaq..?
Tarix: 25-11-2022 | Saat: 18:40
Bölmə:Özəl | çapa göndər

Rusiyada WhatsApp bağlanacaq..?

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Amerikanın Facebook, Instagram, WhatsApp sosial şəbəkə platformalarının da aid olduğu “Meta Platforms Inc” korporasiyasını Rusiya hakimiyyəti tərəfindən fəaliyyəti “ekstremist” hesab olunan təşkilatların reyestrinə daxil edib. Bu barədə noyabrın 25-də nazirliyin saytında məlumat verilib.
Məlumatda bildirilir ki, “Meta”nın Rusiyadakı fəaliyyətini qadağan edən qərar “qüvvəyə minib”. Belə ki, martın 21-də Moskvanın Tver Rayon Məhkəməsi Amerika şirkətini “ekstremist təşkilat” kimi tanıyıb və onun Rusiyada fəaliyyəti qadağan olunub.
Baş Prokurorluğun nümayəndəsi məhkəmədə bəyan edib ki, “Meta” məhsullarından (Facebook, Instagram) fiziki və hüquqi şəxslərin “qeyri-ekstremizm məqsədləri üçün” istifadəsi ekstremist təşkilata dəstək kimi qiymətləndirilməməlidir: “Şəxslər yalnız “Meta” xidmətlərindən istifadə etdiklərinə görə məsuliyyət daşımayacaqlar.”
Bununla belə Tver rayon Məhkəməsinin qərarı sosial şəbəkə istifadəçiləri üçün əlavə risklər yaradıb. Belə ki, simvolların hər hansı ictimai şəkildə - internet saytında, mağaza və kafenin qapılarında, avtomobildə, sosial şəbəkələrdə, afişalarda və vizit kartlarında nümayiş etdirilməsi 15 sutkayadək müddətə inzibati məsuliyyətə cəlb olunma üçün əsas ola bilər. Bu barədə hüquq müdafiəçisi Pavel Çikov bildirib. Həmçinin sosial şəbəkələrdə reklam sifariş etmək, eləcə də “Meta”səhmləri ilə ticarət etmək ekstremist fəaliyyətlərin maliyyələşdirilməsi kimi qiymətləndirilə bilər. Buna görə isə Rusiya qanunvericiliyində artıq cinayət məsuliyyəti nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024