Mobil versiya
Almaniyada əcnəbilərə vətəndaşlıq verilməsi qaydaları sadələşdirilə bilər
Tarix: 25-11-2022 | Saat: 16:13
Bölmə:Özəl / Dünya | çapa göndər

Almaniyada əcnəbilərə vətəndaşlıq verilməsi qaydaları sadələşdirilə bilər

Almaniyanın daxili işlər naziri Nensi Feyzer (Nancy Faeser) bu ölkənin vətəndaşlığını almaq istəyən əcnəbilərə qoyulan tələbləri xeyli azaltmaq niyyətindədir. Bu barədə cümə axşamı, noyabrın 24-də Almaniyanın “Bild” qəzeti federal və əyalət daxili işlər nazirliklərinin iştirakı ilə keçirilən konfransın protokollarına istinadən məlumat yayıb.

aia.az xəbər verir ki, sənədə görə valideynlərindən heç olmasa biri Almaniyada qanuni olaraq ən azı beş il yaşamışdırsa, burada doğulmuş uşaqlara avtomatik olaraq Almaniya vətəndaşlığının verilməsi nəzərdə tutulur.
Bundan əlavə, hakimiyyət orqanları naturalizasiya yolu ilə vətəndaşlıq almaq üçün minimum müddəti səkkiz ildən beş ilədək azaldacaq. Xüsusi hallarda naturalizasiya hətta üç ildən sonra da mümkün olacaq. Eyni zamanda, “Bild”in məlumatına görə, başqa ölkənin vətəndaşlığından imtina ilə bağlı mövcud tələbin ləğvi də nəzərdə tutulur.
Bununla belə, Nensi Feyzerin təşəbbüsü ilə bağlı keçirilən departament səsverməsi hələ tamamlanmayıb, - “Bild” yazır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024