Mobil versiya
İkinci Qarabağ Müharibəsindən sonra ordu quruculuq prosesi surətlə inkişaf edir
Tarix: 24-11-2022 | Saat: 11:59
Bölmə:Cəmiyyət | çapa göndər

İkinci Qarabağ Müharibəsindən sonra ordu quruculuq prosesi surətlə inkişaf edir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha tarixi Zəfərimizi şərtləndirən amillərə, beynəlxalq münasibətlərdə gücün və hüququn roluna diqqəti yönəldərək artıq Dağlıq Qarabağ münaqişəsi anlayışının olmadığını bildirdi. Bununla yanaşı, belə bir çağırış da ifadə edildi ki, biz şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi unuda bilmərik. Bu fikirlər Azərbaycan cəmiyyətinə, dünya azərbaycanlılarına, xüsusilə gənc nəslə ünvanlanmış çox önəmli nəsihət, mesaj kimi dəyərləndirilərək daim diqqətdə saxlanılmalıdır. Günümüzün əsas tələbi məhz gənclərimizin milli ruhda tərbiyə olunması, şəhidlərimizin həyat yolunun onlar üçün vətənpərvərlik məktəbi olmasıdır. Məhz gənclərimizin torpaq, Vətən sevgisi onların silahlanaraq dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini 44 gündə qəhrəmancasına, rəşadətlə yerinə yetirmələrini şərtləndirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan Vətən oğullarının qisası döyüş meydanında alındı, Azərbaycanın dünyaya səs salan “dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan diz çökdü, dünya kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin sonda hansı nəticələrə gətirib çıxardığını gördü. İkinci Qarabağ müharibəsinin ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğu bütün dünyaya bəyan edildi.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı möhtəşəm qələbə ilə nəticələndi. Uğurlarımızın başlıca səbəbi Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edir ki, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir. Ordusunu vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran Ali Baş komandan  ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur.
Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sürsat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Belə ki, 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bugün də Kəlbəcərdə komando qüvvələrinin ikinci hərbi hissəsinin açılışı ordumuzun gücünün nümayişidir. Bu onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Cənab Prezidentin ordu quruculuğu ilə bağlı işləri  planlı şəkildə gedir. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır

Qulam Qarayev Nüsrət
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024