16 NOYABR BÖYÜK QAYIDIŞA DAİR I DÖVLƏT PROQRAMI
Tarix: 24-11-2022 | Saat: 10:47
Bölmə:Özəl | çapa göndər
2022-ci il Noyabrın 16-da Müzəffər ali baş komandan, Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı imzaladı. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Sözügedən Dövlət Proqramının əhatə dairəsini Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
Vətən müharibəsinin başa çatmasından sonra qısa zaman kəsiyində, həm də çox sürətlə Müzəffər ali baş komandan, Cənab Prezident İlham Əliyevin birbaşa iştirakı və təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə başlanıldı. Müzəffər ali baş komandan, Cənab Prezident İlham Əliyev və Birinci Vitse Prezident, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev fondunun Prezidendi, birinci xanım Mehriban Əliyeva Zəfərdən sonra 2020-ci il noyabrın 17-də Füzuli və Cəbrayıl rayonlarına səfər etməklə işğaldan azad edilmiş ərazilərdə ilk quruculuğun əsasını qoydular. Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı və bununla da Qarabağda Böyük Qayıdışın təməli qoyuldu.
Dövlət başçısının 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradıldı. Prezidentin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırıldı. Eyni zamanda, yaranmış iqtisadi-siyasi reallıqlara uyğun olaraq işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsü yenidən müəyyənləşdirildi. Bu siyasətə əsasən, Qarabağın coğrafi statusunda da dəyişiklik edildi: Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları yaradıldı. Şübhəsiz ki, yeni iqtisadi rayonlar iqtisadi və siyasi bütövləşən Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi üçün yeni tarixi fürsət yaratmaqdadır.
2020-ci il 27 sentyabr tarixində növbəti dəfə hərbi təxribat törədərək, atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, "Güclü ordu - güclü dövlət" strategiyasının və "Dəmir yumruq" siyasətinin nəticəsidir. 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-sinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər