Mobil versiya
Bakıda “poçt işçiləri” evə basqın edib 80 min apardılar
Tarix: 23-11-2022 | Saat: 14:13
Bölmə:Seçki 2024 | çapa göndər

Bakıda “poçt işçiləri” evə basqın edib 80 min apardılar

Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər "isti izlərlə" saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024