Mobil versiya
Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışı ilə əlaqədar:
Tarix: 23-11-2022 | Saat: 09:23
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışı ilə əlaqədar:

Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi.
O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Bu gün ölkəmizi qabağa aparan məhz budur – onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.


Çıxışda Cənab İlham Əliyev ilk öncə partiyanın bu 30 ildə keçdiyi çətin və əziyyətli yollar barəsində danışmışdır.
Çox çətin və məşəqqətli yollardan keçən xalqımız tək çarə olaraq Ümumilli Lider Heydər Əliyevə müraciət etmişlər. Müraciətə cavabı olaraq, Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu konfransdan sonra artıq bir siyasi qüvvə yaranmışdı.
Həmin zamanlarda ölkəmizdəki vəziyyət çox ağır idi. Ölkə iflas edir, torpaqlarımız işğal edilirdi. Və məhz belə bir dövrdə Heydər Əliyev onlarda xalqın özünəqayıdışına inam hissi yaradır və bunun üçün də lazımi tədbirləri görürdü. Onun xalqa etimadı əhalidəki ölmüş inam hisslərini canlandırırdı.
YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır.
Hakimiyyəti illərində o ordusu, konstitusiyası, prinsipləri olmayan iqtisadiyyatı tamam çökmüş ölkənin sadalananlarını bərpa etmək üçün bütün tədbirləri görürdü. Bunlar barəsində görülən tədbirlər ölkəmizi artıq inkişafda olan bir ölkəyə çevirdi.
1993-2003-cü illərdə dövlətçiliyimizin sağlam əsasları qoyuldu. Azərbaycan hər bir sahədən inkişaf etdi.
Və, hal – hazırda onun mirası layiqincə qorunur. Və bu mirasın təhlükəyə düşəcəyindən əlbəttə ki, heç bir şübhəmiz yoxdur.
Prezident İlham Əliyev də dediyi kimi : “ Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”

Məmmədova Əfşan Elçin,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024