Mobil versiya
Goranboyda “Minbir Sərvətli Kəlbəcər” adlı tədbir keçirilib -Fotolar
Tarix: 22-11-2022 | Saat: 16:12
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Goranboyda “Minbir Sərvətli Kəlbəcər” adlı tədbir keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Şəhər Kitabxana Filialının işçiləri Goranboy rayon Heydər Əliyev Mərkəzində 25 Noyabr Kəlbəcər rayonun işğaldan azad olunması münasibətilə “Minbir Sərvətli Kəlbəcər” adlı tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə Şəhər Kitabxana Filialının mültimedia mütəxəsisi Kəmalə Ramiz qızı İsmayılova açaraq, Azərbaycan torpaqlarının işğaldan azad olmasında şəhid olmuş igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla ayaq üsdə yad edilməsini xahiş etdi. Çıxış üçün sözü Kəlbəcər rayon Hava Yolları Nəqliyatının sabiq rəisi, Telman Aslan oğlu Sabitliyə verdi. Kəlbəcər rayonun işğalı zamanı 1993-cü ildən, Goranboy rayonunda məskunlaşmış Kəlbəcər rayon sakini Sabitli Telman Aslan oğlu İşğal zamanı erməni vəhşiliklərinin canlı şahidi kimi təddbir iştirakçılarına məlumat verdi. Kəlbəcər rayonu haqqında Şəhər Kitabxana Filialının böyük kitabxanaçısı Narıngül Xıdır qızı Quliyeva danışdı. Heydər Əliyev Məkəzinin muzey baxıcısı Yaqut Vidabi qızı Quliyeva Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın hərbi ordusu ilə Kəlbəcər rayonun işğaldan azad olunmasında haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbir Kəlbəcər rayon sakini Telman Aslan oğlu Sabitli ilə birlikdə, Heydər Əliyev Mərkəzində Şəhidlərin əziz xatirəsinə hazırlanmış “Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı lövhə qarşsında xatirə şəkili çəkdirməklə başa çatdı.

Tədbirdən foto şəkillər

Tahir Həsənov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024