Mobil versiya
Şabran gənclərinin Hərbi Qənimətlər Parkına və II Fəxri Xiyabana ekskursiyası təşkil edilmişdir
Tarix: 21-11-2022 | Saat: 18:32
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Şabran gənclərinin Hərbi Qənimətlər Parkına və II Fəxri Xiyabana ekskursiyası təşkil edilmişdir

Şabran rayon Gənclər və İdman İdarəsi tərəfindən Rayon qaziləri, təhsildə, ictimai işlərdə fərqlənən bir qrup fəal yeniyetmə və gənclərin Hərbi Qənimətlər Parkına və II Fəxri Xiyabana ekskursiyası təşkil edilmişdir.

aia.az xəbər verir ki, ekskursiyanın təşkilində əsas məqsəd Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənclər arasında təbliği, gəncləri 44 günlük Vətən müharibəsində ordumuzun şücaəti və düşmənin qoyub qaçdığı texnika və hərbi avadanlıqlarla tanış etmək və onlara vətənpərvərlik ruhunu aşılamaq olmuşdur.

Hərbi Qənimətlər Parkı ilə yanaşı Şabranlı gənclər həmçinin II Fəxri xiyaban da ziyarət etmişlər.

Elman Hüseynov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024