Mobil versiya
Qoca Səmədovun səhhəti yenidən pisləşdi: Müalicə müəssisəsinə köçürüldü
Tarix: 18-11-2022 | Saat: 21:03
Bölmə:Gündəm | çapa göndər

Qoca Səmədovun səhhəti yenidən pisləşdi: Müalicə müəssisəsinə köçürüldü

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun səhhəti yenidən pisləşdiyindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb.

Bu barədə aia.az-a onun vəkili Elnur Vəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda keçmiş icra başçısının səhhəti ağırlaşıb: "Qoca Səmədovun dördüncü ürək əməliyyatından sonra səhhəti daha da pisləşməyə doğru gedir. Belə ki, artıq onun ağciyərlərinə su yığılıb və ayaqları şişib. Onun müalicəsi müalicə müəssisəsində davam etdirilir".

Xatırladaq ki, Q.Səmədov daha əvvəl ürəyindən dörd dəfə əməliyyat olunmuşdu.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025