Mobil versiya
YAP Göygöl rayon təşkilatı üzrə Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında seçki yığıncağı keçirilmişdir. -Fotolar
Tarix: 18-11-2022 | Saat: 16:22
Bölmə:Gündəm | çapa göndər

YAP Göygöl rayon təşkilatı üzrə Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında seçki yığıncağı keçirilmişdir.

Bu gün Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında keçirilən yığıncaqda YAP rayon təşkilatının sədri Vüqar İsayev, kollektivin rəhbər heyəti və partiya fəalları iştirak ediblər.

aia.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan xiyabanda büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər. Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, partiyamız yaradıldığı gündən üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirir. Əldə olunan uğurlar təbii ki, partiyamızın qurucusu və ilk sədri olmuş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə partiyamızın rəhbəri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həmin siyasi kursu məharətlə davam etdirir. Ölkədə güclü quruculuq işləri sosial iqtisadi islahatlar aparılır, bütün sahələrin inkişafı üçün əməli addımlar atılır. Vətən müharibəsində əldə olunan tarixi Zəfərimizdə də Yeni Azərbaycan Partiyasının mühüm rolu olmuşdur. Sonra YAP-ın yaranma tarixindən, keçdiyi şərəfli yoldan və gələcək hədəflərindən bəhs edərək bildirilmişdir ki, 30 illik zəngin və şərəfli inkişaf yolu keçmiş YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etmişdir. Azərbaycanın bu günkü reallıqları keçdiyimiz 30 ilin ümumiləşdirilmiş ifadəsidir.

Ötən müddət ərzində şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan partiya qarşıdakı dövrdə daha əzəmətli hədəflər seçmiş və ona doğru inamla irəliləyir. Zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini öz xalqına və dövlətinə xidmətə həsr edən güclü liderin, Heydər Əliyevin ətrafında yaranmış YAP bu gün də onun ideyalarını uğurla davam etdirir, Prezident İlham Əliyevin sədrliyi ilə çox böyük qələbələrə və zəfərlərə imza ataraq Yeni Azərbaycan Partiyası özünün 30-cu ildönümünü belə tarixi zəfər şəraitində qarşılayır.
Partiya fəallarından Elmay Tanrıverdiyev, Oktay Həmidov və Aynurə Nuriyeva çıxış edərək Partiyanın fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışlar.
Sonra təşkilatı məsələyə baxılaraq, Əhmədov Elməddin Elmay oğlu ərazi partiya təşkilatının sədri, Əsədov Valeh Anar oğlu sədr müavini seçilmişlər. Eyni zamanda Nuriyeva Aynurə Tofiq qızı qadınlarla iş üzrə əlaqələndirici, Novruzova Aişə Dunay qızı isə gənclərlə iş üzrə əlaqələndirici şəxs seçilmişdir.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

Tədbirin sonunda Göygöl rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar verilmiş, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025