Mobil versiya
Lənkəranda tələbə qətlinin TƏFƏRRÜATI - YENİLƏNİB
Tarix: 18-11-2022 | Saat: 16:06
Bölmə:Seçki 2024 | çapa göndər

Lənkəranda tələbə qətlinin TƏFƏRRÜATI

Lənkəranda tələbəni qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

14:16

Lənkəranda qətlə yetirilən şəxs Lənkəran Dövlət Universitetinin tələbəsi olub.

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Bildirilib ki, qətlə yetirilən Tosif Nəsirov universitetin III kurs tələbəsi olub.

O, ofisiant kimi işlədiyi restoranda administrator Seymur Bayramlı tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, ötən gün axşam saatlarında Lənkəranda kütləvi dava düşməsi və Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şöhlət oğlu Nəsirovun qətlə yetirilməsi barədə xəbər yayılmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024