Natiqliq və müəllimlik
Tarix: 17-11-2022 | Saat: 19:47
Bölmə:Təhsil | çapa göndər
Lap qədim zamanlardan aydın, yığcam, təsirli nitqə malik adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Belə şəxsiyyətlər daima diqqət mərkəzində olmuşlar. Miladdan əvvəl Qədim Misirdə, Babilistandə, Hindistanda, Çində və bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, nitq mədəniyyətinin əsl vətəni Qədim Yunanıstan sayılır. Natiqlik bir elm kimi Yunanıstanda meydana gəlmiş və inkişaf etmişdir.
Qədim yunanlılar xalqı idarə edə bilmək üçün onları inandırmağa məcbur idilər, buna görə də xalqın əsas siyasətçiləri, xalqı idarə edənlər natiqliyi bacaran insanlar idi. Romada da bu, yəni xalqın idarə edilməsi eyni şəkildə idi. Son dövr tariximə nəzər saldıqda biz bunun şahidi olduq. 44 Günlük Müharibədə Prezidentimiz İlham Əliyev Ali Baş Komandan kimi hərb meydanında öz sözünü dedi, eyni zamanda, informasiya meydanında haqq səsimizi öz yaddaqalan nitqi ilə dünyaya çatdıraraq, xalqı qələbəyə apardı.
Pedoqoq sözü yunancadan tərcümədə “pedo” – uşaq və “agogos”-lider mənasını verir. Deməli, pedoqoq uşaqlara liderlik edən insandır. Müəllimin liderlik edə bilməsi üçün ən başlıca amil isə onun nitqidir. Nəzərə alsaq ki, şagirdlə müəllim arasındakı öyrətmə-öyrənmə prosesi sırf ünsiyyətə söykənir, o zaman aydın olur ki, təhsil sahəsində natiqlik sənətinin əhəmiyyəti düşündüyümüzdən qat-qat
Şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında onların nitqi də əsas yer tutur. Onlarda gözəl nitqin formalaşması isə müəllimlərdən asılıdır. Ömər Xəyyam deyir ki, uşaqları tərbiyə etməyə çalışmayın. İlk əvvəl özünüzü tərbiyə edin ki, onlar onsuz da sizə bənzəyəcəklər. Ümummilli mədəniyyətimizin tərkib hissəsi olan nitq mədəniyyətini şagirdlərdə formalaşdırmaq üçün birinci müəllimlər özləri yüksək nitq mədəniyyətinə malik olmalıdırlar. Vaxtilə dahi şairimiz Əhməd Cavad “Dilimiz” adlı şeirində yazırdı ki, “Dinləyib anlamaq, yazmaqdan gücdür.”. Düzdür, danışmaq bəzilərinə asan gələ bilər, ancaq danışmaq yazmaqdan çox çətindir. Xüsusən də müəllimlər üçün. Çünki müasir dövrdə şagirdlərin məlumata çatma imkanları həm sürətli, həm də genişdir. Bu baxımdan, onların verə biləcəyi hər bir suala cəld və dəqiq cavab vermək üçün yüksək nitq bacarığına malik olmalıdır. Ən başlıcası, müəllim ədəbi dildə, orfoepiya qaydalarına uyğun danışmalıdır. Müəllimin ləhçə ilə danışması yolverilməzdir. Ailədə dil açan uşaq dilimizin gözəlliklərinə, incəliklərinə məktəbdə yiyələnir, xüsusən, ibtidai siniflərdə dil formalaşma mərhələsində olur. Müəllimin nitqindəki hər hansı bir qüsur şagirddə qalıcı iz buraxa bilər.
Son dövrlərdə müəllim şagird münasibətlərinin kəskin problemə çevrildiyi bir şəraitdə müəllimin nitqinin rolu böyükdür. Yəni nəyi necə demək lazım olduğunu bilmək peşəkar müəllimin ən təsirli silahıdır. Bunun üçün isə müəllim söz üstadı olmalıdır. Onun nitqi mövcud vəziyyətə uyğun elə emosianal, təsirli və sirayətedici olmalıdır ki, ən çətin tərbiyə olunan şagirdə belə təsir edə bilsin. Müəllimin nitqi elə bir gücə, elə bir tilsimə malik olmalıdır ki, bütün sinfi ələ almağı bacarsın. Bu ancaq dil ədəbiyyat müəllimlərinə şamil edilməli deyil. İstənilən fənn müəllimləri yüksək nitq mədəniyyətinə malik olmalıdırlar. Peşəkar müəllimin “alət çantası”nda işini effektli icra etməsi üçün bir çox bacarıqları olmalıdır. Bu bacarıqlardan ən başlıcası onun nitqi üzərində qurduğu hakimliyidir.
Müəllim öz nitqi ilə özünü, nüfuzunu və biliyini sübut etməlidir. Bir sözlə, müəllim söz sərrafı olmalıdır. Bu biliyin aşılanması ilə bərabər, şagirdin ikinci evi olan məktəbdə doğru təlim-tərbiyə almasında əsas şərtdir. Bunun üçün isə zəngin söz ehtiyatı, sadə, anlaşıqlı, lazımlı nitq olması lazımdır. İnformasiya bolluğu olan bir cəmiyyətin müəllimi yaradıcı və novator olmalıdır. Bunun üçün müəllim daim öz üzərində işləməlidir.
Məşhur pedoqoq Uşinskinin belə bir sözü var: “Müəllim nə qədər ki oxuyur, öyrənir o yaşayır. O, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür.” Nəyi və necə deyəcəyini öncədən müəyyənləşdirən müəllim hər zaman bir addım öndə olacaqdır. Şagirdinə dəyər verən müəllim birinci özünün müəllimi olmalı, öz üzərində çalışmalıdır.
Səriştəli, səlis nitq təkcə müəllimə elmi bilikləri şagirdlərə ötürmək üçün deyil, həm də sinfi idarə edə bilmək, şagirdlərlə düzgün münasibət qura bilmək üçün çox vacibdir. Nitqi üzərində hakimlik qura bilməyən, sözləri ilə təsir etmək bacarığına malik olmayan müəllim çarəsiz qalaraq, əl-qol hərəkətlərinə keçməli olur, nəticədə son dövrlər sosial şəbəkələrdə qınaq obyektinə çevrilir. Müəllimin nüfuzuna xələl gətirir. Buna görə də müəllimlərimiz bilməlidir ki, nitq mədəniyyətimiz bizim peşəkarlığımızın göstəricisidir. Cəlaləddin Ruminin belə bir ifadəsi var:
“Səsini deyil, sözünü yüksəlt. Yarpaqları böyüdən ildırımlar deyil, yağışlardır.”
Aybəniz Rüstəmova,
Nərimanov rayonu 47 saylı məktəbin müəllimi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024