Mobil versiya
Fatimə Talıbzadə: Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var.
Tarix: 17-11-2022 | Saat: 15:09
Bölmə:Seçki 2024 | çapa göndər

Fatimə Talıbzadə:  Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var.

Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzaladı. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi.

1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır.
1999-cu il aprel aynın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə iştirak edib.
2001-ci ilin yanvarında NATO-nun növbəti Baş katibi Corc Robertson Bakıya səfər etmişdir. Baş katiblə görüşündə Azərbaycan Prezidenti ölkəsinin NATO ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir daha xatırlatmışdır. Corc Robertson Azərbaycan hərbi bölməsinin Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakına görə Heydər Əliyevə minnətdarlığını bildirmişdir.
2002-ci ildə NATO Avro-atlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyev çıxış etmişdir. Zirvə görüşü iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən prezident, onun həllinin bütün dövlətlərin maraqlarına cavab verdiyini bildirmişdir. Elə həmin il Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərmişdir.
Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv oldu və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu.
2004-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun İstanbul sammitində çıxış etmişdir. Prezident İlham Əliyevin NATO-nun İstanbul zirvə toplantısında iştirakı, sammit çərçivəsində aparılan müzakirə və danışıqlar ölkəmizin Şimali Atlantika İttifaqı ilə tərəfdaşlıq münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərmişdir. Azərbaycan Prezidenti Avropaya və Avroatlantik strukturlara inteqrasiya siyasətinin davam edəcəyini qeyd etməklə yanaşı, ölkəsinin üzləşdiyi aqressiv separatizmlə mübarizədə Avroatlantika alyansından dəstək gözlədiyini də nəzərə çatdırmışdır.
2006-cı ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Parisdə, NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmişdir. Sessiyadakı çıxışında prezident Azərbaycanın NATO ilə əlaqələrinin əhəmiyyətindən danışmış və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara məlumat vermişdir.
Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir.

Fatimə Talıbzadə,
YAP üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024