Mobil versiya
Prezident “Mother Albaniya” abidəsini ziyarət edib
Tarix: 15-11-2022 | Saat: 18:01
Bölmə:Gündəm | çapa göndər

Prezident “Mother Albaniya” abidəsini ziyarət edib

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib.

aia.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Məlumat verildi ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albaniya” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üçmetrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Sonra dövlətimizin başçısı şəhərin mənzərəsini seyr etdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025