Xalqıımız sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Tarix: 14-11-2022 | Saat: 16:55
Bölmə:Özəl / Parlament | çapa göndər
Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Yeni Azərbaycan Partiyası zəmanəmizin ən mütəşəkkil siyasi təşkilatlarından biri kimi yaranmışdır. Bu təşkilatın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə ərsəyə gəlmişdir. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Nəticədə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Nəhayət 29 il öncə yaradılan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinintəcəssümü olaraq xalqı öz ətrafında birləşdirməyə nail oldu.
Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində həmin dövrdə ölkəmizin üzləşdiyi dağıdıcı hadisələrin qarşısı alındı.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələri bu partiyada təmsil olunurdu. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Bununla da müxtəlif çətinliklərə baxmayaraq 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəvul etdi və partiyanın Proqram və Nizamnaməsini qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri də seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı ki, son 29 il ərzində bu partiya üzərinə düşən missiyanı ləyaqətlə yetirərək ölkəmizdə davamlı sabitliyə və geniş sosial – iqtisadi inkişafa nail olmuşdur.
Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi.
2003-cü ildən bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirildi və Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasına çevrilmişdir.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir.
Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısı kimi çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.
Fatimə Talıbzadə Astan,
Azərbaycan Dövlət Pedaqoji Univeristeti
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024