Mobil versiya
Azərbaycan dünyada hümanist dövlət kimi tanınıb
Tarix: 14-11-2022 | Saat: 16:35
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Azərbaycan dünyada hümanist dövlət kimi tanınıb

Azərbaycan dünyada həm də sosial layihələrdə aktiv iştirak edən ölkə kimi tanınır.
Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Ölkəmiz beynəlxalq aləmdə hümanizm prinsiplərə sadiq qaldıgını əməli işləri ilə təsdiqləyib. Prezident İlham Əliyev cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışında bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Biz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik. Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.
Cənab Prezident həmçinin dünyanın inkişaf etmiş ölkələrinə Azərbaycanın hümanizm prinsiplərinin nümunə oldugunu da vurguladı:
- İnkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər, ancaq resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı.Göründüyü kimi Azərbaycan beynəlxalq aləmdə öz Liderinin qətiyyəti və hümanistliyi ilə qürur duyan dövlət kimi tanınıb.

Elburus İsgəndərov,
YAP Laçın rayon təşkilatı fəalı
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024