Prezident İlham Əliyev Səmərqənd Zirvə Görüşündə Türk dünyasını narahat edən problemlər barədə çox dəyərli fikirlər səsləndirmişdir
Tarix: 14-11-2022 | Saat: 14:45
Bölmə:Gündəm / Özəl | çapa göndər
Azərbaycan üzvü olduğu bütün beynəlxalq təsisatların tərkibində hər zaman fəallığı və təşəbbüskarlığı ilə diqqəti cəlb edir. O cümlədən ölkəmiz Türk Dövlətləri Təşkilatının güclənməsinə, təşkilata üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə töhfələr verməkdədir. Bu yönümdə fəaliyyət Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı daxilində birlik formatında, istərsə də Təşkilata üzv ölkələrlə ayrı-ayrılıqda ikitərəfli münasibətlərin inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan dövlət başçımızın 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı da xüsusi əhəmiyyət kəsb edən hadisədir.
İlk növbədə qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyev Zirvə Görüşündə etdiyi çıxışında Türk dünyasını narahat etməli olan bir çox problemlər və onların həlli yollarının tapılması istiqamətində atılmalı olan zəruri addımlar barədə çox dəyərli fikirlər səsləndirmişdir. O cümlədən, dövlətimizin başçısı Türk dünyasının coğrafi sərhədlərinin müstəqil türk dövlətlərinin əraziləri ilə məhdudlaşmadığını vurğulayaraq bildirmişdir ki, bu gün Türk Dövlətləri Təşkilatı öz ölkələrindən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri bundan sonra daimi əsasda diqqətdə saxlamalıdır. Həmçinin cənab Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan gənc nəslin öz ana dillərində təhsil ala bilmək imkanlarından əksər hallarda məhrum olduqlarını diqqət mərkəzinə çəkərək bu problemin də həlli yollarının tapılmasının və məsələnin gündəlikdə olmasının vacibliyini qeyd etmişdir. Öz növbəsində Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir və həmin soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün ciddi səylər göstərir.
Məlum olduğu kimi, Azərbaycan bu gün Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi çıxış edir. Ölkəmizin iştirakçısı, bir çox hallarda isə həm də təşəbbüskarı olduğu beynəlxalq layihələr Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycanın sahib olduğu tranzit potensialı və ondan istifadənin uğurla həyata keçirilməsi sahəsində yürüdülən siyasət qeyri-neft sektorunun da inkişafına ciddi təkan verir. Buna səbəb Azərbaycanın Şimal-Cənub, və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, əlverişli coğrafi mövqe və həyata keçirilən nəqliyyat infrastrukturu layihələri və proqramlarıdır. Həmçinin Zəngəzur dəhlizinin reallaşması quru yolu üzrə tranzit yüklərin daşınması, habelə komunikasiya əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Bu marşrut həmçinin nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Zəngəzur dəhlizi Azərbaycanın 2020-ci ilin noyabr ayında tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Cənubi Qafqazda yaratdığı yeni reallıqların bir hissəsidir. Ermənistan imzaladığı 10 noyabr tarixli Bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə, o cümlədən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını quru yolla birləşdirəcək Zəngəzur dəhlizini açmağa məcburdur. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Eyni zamanda da bu tarixi hadisə Türk dünyasının daha sıx birləşməsinə və güclənməsinə böyük töhfə olacaq.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024