Mobil versiya
Müstəqil Azərbaycanın inkişafında önəmli tarix
Tarix: 13-11-2022 | Saat: 10:43
Bölmə:Gündəm | çapa göndər

Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımızın milli oyanışı,müstəqilliyimiz,milli dövlətçilik,Azərbaycançılıq məfkurəsi,milli dəyərlərimiz kimi vacib şərtlərin reallaşması istiqamətində mübariz fəaliyyəti hər kəsə məlumdur.
Xalqımızın Ümummilli lideri, tarixi şəxsiyyət Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri də 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.
Ulu Öndər Konstitusiyanın hazırlanmasına çox önəm verdiyi kimi,hər bir maddənin, hər bir detalın mükəmməlliyinə də xüsusi diqqət yetirirdi.
Ümummilli Lider Heydər Əliyev hər kəsə aşılayırdı ki,Dövlətin əsas qanunu. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.
Ona görə də bu vacib sənədin,qanunlar toplusunun hazırlanmasına səthi yanaşmaq olmaz.
Bu gün dünyanın inkişaf etmiş demokratik ölkələrində işlək qanunlar toplusu ilə müqayisə edilə biləcək konstutiyamız dövlətimizin əsas qanunu, vətəndaşımızın hüquqlarının məcmusudur.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025