Dastana çevrilən Şuşa əməliyyatı bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində müzakirə edilir, təhlillər aparılır
Tarix: 12-11-2022 | Saat: 18:58
Bölmə:Gündəm / Özəl | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman təqvimdəki xüsusi günləri xalq arasında, ordumuzun əsgərləri ilə birlikdə qeyd edir. Bu dəfə də ənənəyə sadiq qalan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Zəfər Günündə Şuşada əsgərlərimizlə birlikdə oldu. Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərək bildirdi ki, 2003-cü ildən bu günə qədər atılan bütün addımlar Azərbaycanın gücləndirilməsinə yönəldilib. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada hərbçilərimiz qarşısında etdiyi çıxış ciddi mesajlarla zəngindir. Dövlətimizin başçısı Ermənistanla yanaşı, tarixi Qələbəmizi hələ də həzm edə bilməyən xarici dairələrə, o cümlədən Ermənistana açıq-aşkar himayədarlıq edən ölkələrə elə konkret mesajlar ünvanladı ki, onlar öz kəsərinə görə Vətən müharibəsindəki Dəmir Yumruğun sərt üzünü bir daha xatırlatmış oldu.
Azərbaycan Prezidentinin Şuşadakı çıxışı və verdiyi mesajlar cəmiyyətimiz tərəfindən ona görə təqdir olunur ki, bu mesajların hər biri xalqımızın qəlbindən keçənlərlə və ictimai dəyərləndirmələrlə eynilik təşkil edir. Dövlətimizin başçısının qətiyyətli mövqeyinin arxasında, heç şübhəsiz ki, siyasi iradə və Qələbə amili ilə yanaşı, həm də bu cür inamlı mövqenin xalqımız tərəfindən yekdilliklə dəstəklənməsi amili, bu amilin söykəndiyi xalq-iqtidar birliyi dayanır. “Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik”. Ermənistanın işğalçı siyasətinin nəinki Azərbaycana, bütövlükdə müsəlman aləminə qarşı yönəldiyini qeyd edən dövlətimizin başçısı, Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanmasının ədalətin Zəfəri ilə yanaşı Ermənistanın ifşası baxımından da böyük rol oynadığını diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təkbaşına BMT Qətnamələrini və ədaləti bərpa etməklə yanaşı, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətini də ifşa etmiş oldu. Prezident İlham Əliyev Azərbaycan Ordusunun peşəkarlığını, qəhrəmanlığını qeyd edərək, heç kimin Azərbaycanı qorxuda bilməyəcəyini bütün dünyanın, xüsusən də sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlərin diqqətinə çatdırdı.
Dövlət başçısı İlham Əliyevin çıxışı tarixi Zəfərimizin reallıqlarının bir daha Şuşadan dünyaya təqdimatı oldu. Azərbaycan Ordusunun gücündən, qüdrətindən, döyüş ruhundan bəhs edən Müzəffər Ali Baş Komandan iki ilə yaxın müddətdə tikilib istifadəyə verilən Zəfər yolu ilə Şuşaya yaxınlaşanda hərbçilərimizin qəhərəmanlığının, şücaətinin şahidi olduğumuzu bildirdi. Çünki bu yol Azərbaycan əsgərini Qarabağın tacı Şuşaya aparırdı. O zaman hərbçilərimiz dağlardan, cığırlardan bu məsafəni qət edərək Şuşaya yaxınlaşmışdılar. Dastana çevrilən Şuşa əməliyyatı bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində müzakirə edilir, təhlillər aparılır. Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq mədəniyyət paytaxtımız olan Şuşanı işğalçılardan azad etdilər. Artıq bu gün Zəfər yolu hər kəsi Şuşaya qovuşduraraq daim Vətən oğullarının qəhrəmanlığını xatırlamağa çağırışlar edir.
Füzuli-Şuşa yolunun Zəfər yolu kimi dəyərləndirilməsinin rəmzi mənası vardır. Qələbəmizin carçısı olan bu yolun təməli dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən 6 gün sonra, 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Ötən ilin noyabrında isə Zəfər yolu istifadəyə verildi. Zəfərimizə gedən yolun təhlili, həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı şərtləndirən amillərin təhlili əsasında bu ümumiləşdirməni aparmaq olar ki, Azərbaycan təkcə ərazi bütövlüyünü yox, milli qürurumuzu bərpa etdi. Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi verdi. Hazırkı dövrdə əsas məsələ sülh müqaviləsinin imzalanmasını tezləşdirməklə bölgəyə yeni ab-hava gətirmək, əməkdaşlıq formatlarının yaradılmasına yol açmaqdır. Bunun üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks halda, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları davamlı olacaq.
Həcər Əliyeva,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65