Mobil versiya
Mingəçevirdə YAP-ın yaranmasının 30 illiyi mübasibəti ilə ağac əkmə kampaniyası keçirilib. -Fotolar
Tarix: 11-11-2022 | Saat: 18:47
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Mingəçevirdə YAP-ın yaranmasının 30 illiyi mübasibəti ilə ağac əkmə kampaniyası keçirilib.

Mingəçevir 74
Ad günün mübarək, doğma şəhərim
Mingəçevirin şəhər statusu almasının 74-cü ildönümü ərəfəsində şəhərimizdə bir sıra maraqlı tədbirlər həyata keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan tədbirlər planına müvafiq olaraq öncə ulu öndır Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri qoyuldu. Sonra Zəfər Günü şərəfinə hazırlanan istirahət zonasına baxış keçirildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, YAP şəhər təşkilatının sədr müavini, hüquq mühafizə orqanlarını rəhbərləri şəhər ictimaiyyətinin nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin işçiləri tədbirldə iştirak edirdilər.

aia.az xəbər verir ki,istirahətt zonasının yaxınlığındakı ərazidə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi mübasibəti ilə ağac əkmə kampaniyası keçirildi. Ağac əkmə kampaniyasında şəhər rəhbərliyi ilə yanaşı YAP fəalları və ictimaiyyət nümayəndələri fəallıq göstərdilər. 150-yə yaxın ağac tingləri əkildi.

Tədbir sonra Mingəçevir Dövlət Dram Teatrı dairəsindəki Teatr Meydanında davam etdi. Təqdim olunan konsert proqramı alqışlarla qarşılandı. İştirakçılar meydanda təşkil olunan sərgiyı baxış keçirdilər.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin gedişatı zamanı vətəndaşlarla görüşərək söhbət əsnasında ürək sözlərini dedi. Çıxışı zamanı Mingəçevirin şəhər statusu almasından danışaraq şəhərimizin tarixinə, keçmişinə, bu gününə nəzər saldı. Hər bir şəhər sakininə Mingəçevirin ad günü münasibəti ilə ürəkdən təbriklərini çatdirdı. Ulu öndər Heydər Əliyevin şəhərimizə göstərdiyi diqqət və qayğılardan danışdı. Dövlətimizin başçısı İlham Əliyevin qayğısından söz açaraq regionaların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən quruculuq işlərindən bəhs etdi. 44 günlük Vətən müharibəsindəki Şanlı qələbədən fərəhlə danışdı.
Tədbirin sonunda şəhər rəhbəri Mingçevirin inkşafındakı xidmətlərinə, fəallığına görə energetik Adil İsmayılova, Mingəçevir kənd icmasının sədri Etibar Əhmədova, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirova və Tibb Kollecinin direktoru Fikrət Zeynalova Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim etdi.

Tədbirdən foto şəkilləri təqdim edirik.

Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024